Universitetdə yeni təyinat
						
						Yanvarın 11-də rektor professor  Elxan Hüseynov  Humanitar məsələlər üzrə prorektor vəzifəsinə təyin olunmuş Ramiz  Hüseynovu kollektivə təqdim etdi və gələcək fəaliyyətində uğurlar arzuladı.
Qeyd edək ki, dosent Ramiz Hüseynov 1993-cü ildən  Sumqayıt Dövlət Universitetində müxtəlif vəzifələrdə çalışmış, 2003-2015-ci illərdə “Fizika və Elektroenergetika” fakültəsində dekan müavini, 2015-ci ildən isə  Doktorantura və magistratura şöbəsinə rəhbərlik etmişdir.
Mətbuat xidməti