Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz Şəhidlər Xiyabanını ziyarət etdilər
Tələbələrimiz Şəhidlər Xiyabanını ziyarət etdilər

Azərbaycan xalqının qürur mücəssəməsinə çevrilən 1990-cı ilin 20 Yanvar hadisələrindən 27 il ötür.  Bu münasibətlə noyabrın 17-də universitetimizdə Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Gənclər Təşkilatı və Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin təşkilatçılığı ilə tədbir  keçirildi. İştirakçılar şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbiri giriş sözü ilə Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev açaraq bildirdi ki, Azərbaycanın  şanlı tarixi çox faciələr görüb. Lakin Qanlı 20 Yanvar hadisələri insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində əbədi qalacaqdır. Həmin  şərəfli səhifələrdən biri sayılan 20 Yanvar xalqımızın azadlıq, demokratiya və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi, milli azadlıq hərəkatının müstəqilliyə doğru irəliləməsində dönüş oldu. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı kütləvi qırğın törədildi. Həmin faciəyəyə ilk siyasi qiymət ulu öndərimiz Heydər Əliyev tərəfindən verildi. 
 Tədbirdə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Nemət İbayev, Filologiya fakültəsinin müəllimi Əli Rzazadə, Azərbaycan tarixi kafedrasının dosenti Elmar Xəlilov, Filologiya fakültəsinin I kurs magistrantı Elşad Əliyev çıxışlarında qeyd etdilər ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi kimi yazılmışdır. Onu da vurğuladılar ki, Ümummilli Liderin siyasi kursunun davamçısı olan Azərbaycan Prezidenti cənab İlham Əliyev dövlətimizin daha da gücləndirilməsi üçün əvəzsiz işlər görüb. Azərbaycan bu gün sürətlə inkişaf edir. Hərbi gücümüz ildən-ilə artır. Bu da o deməkdir ki, Azərbaycan xalqı tezliklə işğal olunmuş bütün torpaqlarını geri qaytaracaq.
Sonra Qanlı Yanvar hadisələri ilə bağlı sənədli film nümayiş etdirildi. Tədbirin sonunda iştirakçılar Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət edərək 20 yanvar şəhidlərini andılar.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az