Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | İnklyuziv təhsilin təməlinin qoyulması mövzusunda universitetin inzibati heyəti üçün təlim seminar
İnklyuziv təhsilin təməlinin qoyulması mövzusunda universitetin inzibati heyəti üçün təlim seminar

 Noyabrın 8-i SDU-da İnklyuziv təhsilin təməlinin qoyulması mövzusunda universitetin  inzibati  heyəti üçün təlim seminar keçirildi. Tədbir TEMPUS-1-2013-1-AZ-TEMPUS-JPGR “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” layihəsi çərçivəsində təşkil edilmişdir.  
Tədbirdə SDU-nun İqtisadi məsələr üzrə prorektoru Hacıyev Naib, Kimya və Biologiya fakültəsinin dekanı dosent Mahal Muradov, şöbə müdiri Hüseynov Ramiz, kafedra müdirləri professor Ağayev Tahir,  dosent Rzaquliyeva Səvvarə , hüquqşünas dosent Həsənova Əminə, Tələbə Həmkarlar İttifaqının sədri Nemət İbayev iştirak etdilər.
Seminarda  layihənin SDU üzrə koordinatoru dosent Turqay Hüseynov  təqdimatla çıxış edərək layihə çərçivəsində əldə olunmuş Avropa təcrübəsi,  İnklyuziv və xüsusi təhsilin dərki, əlillərə yanaşmalar, onlarla işləmək qaydaları  haqqında iştirakçılara ətraflı məlumat verdi.
Sonra Sosiologiya və politologiya kafedrasının müdiri dosent  Rzaquliyeva Səvvarə Tədris prosesində qiymətləndirmə qaydalarının əlilliyi olan tələbələrə uyğunlaşdırılıması mövzusunda çıxış etdi. Bildirdi ki, SDU-da əlilliyi olan tələbələrə bərabər hüquqlu təhsil imkanları, geniş və pozitiv sosial mühit yaradaraq, onların təhsil prosesində uğurlu fəalliyət göstərmələri üçün proqram və informasiya bazasının yaradılması vacibdir.  
Tədbirdə o da vurğulandı ki, Mərkəz əlilliyi olan tələbələrin xüsusi istedad və qabiliyyətlərinin  aşkarlanmasında, onların sosial və intellektual inkişafı üçün  universitet rəhbərliyinin dəstəyi ilə lazımı şəraitin yaradılması istiqamətində  işləri davam etdirir.
Sonda mövzu ətrfaında maraqlı fikir mübadiləsi aparıldı, təkliflər səsləndirildi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az