Əsas səhifə | Xəbərlər | Universitetdə fəal tələbələr Gənclər Günündə mükafatlandırıldı
Universitetdə fəal tələbələr Gənclər Günündə mükafatlandırıldı

Prezident cənab İlham Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib
Müstəqillik hər bir xalqın  milli sərvəti, gənclər isə onun nurlu sabahı, uğurlu  gələcəyidir. Ötən əsrin əvvəlində Xalq Cümhuriyyətinin qurucuları yoxdan bir dövlət qurub bayraq yaparaq onu Azərbaycan gəncliyinə əmanət etdi. Düz yetmiş il sonra ulu öndər Heydər Əliyev onu gerçəyə çevirdi. Dövlətin təməl prinsiplərində gənclərə xüsusi önəm verərək onları dövlət idarəçilik sistemində irəliyə çəkdi,  2 Fevral  Gənclər Gününü təsis etməklə  dövlət gənclər siyasətinin prioritetini müəyyən etdi. 
Fevralın 2-də Sumqayıt Dövlət Universitetində Gənclər Günü münasibətilə tədbir keçirildi. Tədbirdən öncə universitetin foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyuldu. Sonra tədbiri giriş  sözü ilə  açan Elm və İnnovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov əvvəlcə  bütün Azərbaycan gənclərini bu əlamətdar gün münasibətilə təbrik etdi, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildən başlayaraq 2 fevralın Gənclər Günü kimi qeyd edilməsində, Gənc nəslə göstərilən yüksək dövlət qayğısından bəhs etdi. Bildirdi ki, hələ sovet dövründə Azərbaycan gənclərinin nüfuzlu ali məktəblərdə təhsil alması, uğurlu karyeraya nail olması Ümummilli liderin  adı ilə bilavasitə bağlıdır. Bu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz  Prezident cənab İlham Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti  müasir Azərbaycan gəncliyi üçün bir örnəkdir. 
Tədbirdə çıxış edən tələbələr Gənclər Gününün tarixi və ölkədə aparılan gənclər siyasəti barədə məlumat verdilər. Onlara göstərilən diqqətə görə ölkə rəhbərinə və rektor professor Elxan Hüseynova  minnətdarlıqlarını bildirdilər.Vurğuladılar ki, Prezident cənab İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi özünü arxayın, güvənli hiss edir.
Yüksək ruh yüksəkliyi ilə müşayət olunan tədbirdə ölkənin və universitetin ictimai-siyasi həyatında fərqlənən bir qrup gənc tələbələr diplom və hədiyyələrlə mükafatlandırıldı.
Bayram tədbiri   “Səma” rəqs qrupunun  və “Bəyaz” instrumental ansamblının ifasında maraqlı musiqi və rəqs nömrələri ilə davam etdirildi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az