Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetdə şagirdlər üçün "açıq qapı" günü keçirildi
Universitetdə şagirdlər üçün "açıq qapı" günü keçirildi

Şagirdlərin "açıq qapı" günündə iştirakı məktəbdən ali məktəbə körpüyə çevrildi
Azərbaycanın kompleks inkişafını intellektual potensialın  formalaşmasında, iqtisadi potensialın intellekt kapitalına çevrilməsində görən ölkə başçısı cənab İlham Əliyev elmin təhsilə inteqrasiyasını əsas götürərək imzaladığı fərman və sərancamlar, qəbul etdiyi dövlət proqramları ilə ulu öndər Heydər Əliyevin “Təhsil –millətin gələcəyidir” kəlamını gerçəyə çevirir, cəmiyyətin tərəqqisi üçün mühüm layihələr gerçəkləşdirir. Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Bu gün ölkəmizdə yüksək savadlı, bilikli, elmli insanlar var. Onların sayəsində dövlətimiz bir çox nailiyyətlərə, uğurlara imza atır. Sumqayıt  Dövlət Universitetinin qarşısında duran ən böyük hədəf dövrün çağrışlarına cavab verməklə yanaşı, dünyanın  nüfuzlu elm ocaqları  sırasında olmaqdır. Bu məqsədlə bir çox müqavilələrə imza atır, əməkdaşlığı genişləndirir, tanınmış mütəxəsisləri, alimləri tədris prosesinə cəlb etməklə kadr potensialını inkişaf etdirir, ustad dərslərini, orta məktəb şagirdlərinin universitetə ekuskursiyasını təşkil etməklə tələbə potensialının formalaşması üçün çevik siyasət yürüdür. Sumqayıt Dövlət Universitetinin və Sumqayıt şəhər Təhsil Şöbəsinin birgə  təşəbbüsü ilə şəhərimizdə yerləşən orta məktəb, gimnaziya və liseylərin XI sinif şagirdləri üçün fevralın 2-dən  14-dək təşkil olunan "açıq qapı" günləri də bu məqsədə xidmət edir.
Qeyd edək ki, Sumqayıt  məktəblərinin yuxarı siniflərində oxuyan şagirdləri arasında tanıtım münasibəti ilə təşkil olunmuş ekskursiya artıq ənənə halı alıb. Belə ekskursiyalar vasitəsilə şagirdlər həm ixtisas seçimini müəyyənləşdirir, gələcəkdə hansı təhsil müəssisənin tələbəsi adını qazanmaq qənaətinə gəlir, seçdikləri ixtisasların əmək bazarında yerini təyin edir. Humanitar Məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov SDU-nun  elmi-intellektual potensialı,  beynəlxalq nüfuzu, qazandığı uğurlar barədə geniş məlumat verərək bildirdi  ki, universitetimiz fəaliyyət göstərdiyi 55 il ərzində böyük inkişaf yolu keçərək yüksək ixtisaslı  kadrlar hazırlayan çox şaxəli  ali təhsil ocağına çevrilmişdir. 
Qloballaşan dünyanın çağdaş inkişaf meyilləri bir sıra yeni ixtisaslar üzrə kadr hazırlığını aktual məsələ kimi önə çıxardığından, son illər universitetdə bu məsələyə ciddi diqqət yetirilir. Bunlardan müasir dövrün tələblərinə uyğun olan bir çox kafedralar və yeni laboratoriyalar yaradılmışdır. Tələbələrin asudə vaxtının səmərəli təşkili  üçün şahmat lövhəsi  inşa edilmiş, süni örtüklü futbol meydanı, voleybol və basketbol meydançaları, stolüstü oyunlar üçün köşklər qurulmuşdur.  Prorektor onuda vurğuladı ki, bu günlərdə universitetimiz  Almaniyanın Təhsil Proqramları üzrə Akkreditasiya Agentliyi (ASİİN) və Mühəndislik üzrə Akkreditasiya üçün Avropa Şəbəkəsi (ENAEE) tərəfindən akkreditasiya şəhadətnaməsi almış, universitetdə  tədris olunan üç ixtisas: bakalavr pilləsində - “Proseslərin  avtomatlaşdırılması mühəndisliyi” və “Elektroenergetika mühəndisliyi”; magistratura pilləsində  isə “Enerji menecmenti”  ixtisasları Avropa Standartlarına uyğun ixtisaslar olaraq akkreditasiyadan keçmişdir. 
Universitet haqqında ətraflı məlumat alan şagirdlər ilk olaraq xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi  Heydər Əliyevin  adını daşıyan Mərkəzdə  oldular, Ulu Öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövr, hakimiyyətdə olduğu illəri əks etdirən  fotolara baxdılar.
Sonra gələcəyin tələbələri yüksək ixtisaslı professor-müəllim heyətinin çalışdığı   fakültələrlə, yeni cihaz, avadanlıqlarla, “ağıllı lövhə”lərlə təmin edilmiş   auditoriyalarla, laboratoriyalarla, müasir və zəngin ədəbiyyatlarla təchiz olunmuş  kitabxanada yaradılan şəraitlə yaxından tanış oldular. Universitetin  tanıtım  çarxını  izlədilər.
Şagirdlər gələcəkdə Sumqayıt Dövlət Universitetində təhsil almaq arzusu ilə şəhərimizin yeganə ali təhsil müəssisəsindən  xoş təəsüratlarla ayrıldılar.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az