Əsas səhifə | Xəbərlər | Elmi Şuranın növbəti iclası keçirildi
Elmi Şuranın növbəti iclası keçirildi

Fevralın 8- də Elmi Şuranın növbəti  iclası keçirildi. İclası giriş sözü ilə rektor  professor Elxan Hüseynov açdı və gündəlikdə duran  məsələlərlə  Elmi Şura üzvlərini tanış etdi. Elmi Şuranın gündəliyi təsdiq  edildikdən sonra gündəlikdə nəzərdə tutulan məsələlərin   müzakirəsinə başlandı.        
Tədris Metodik Mərkəzin direktoru dosent İsabal Qurbanov Bakalavriat (əyani), Qiyabi, distant və əlavə təhsil üzrə prorektor dosent Qafar Atayev qiyabi, Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov Magistratura səviyyəsi üzrə təhsil alan tələbələrin payız imtahan sessiyasının nəticələri barədə geniş məruzə ilə çıxış edərək bildirdilər ki, universitetimizdə Təhsil Nazirinin müvafiq əmrinin icrası məqsədilə imtahan qərargahı yaradılmışdır. Qərargahın yaradılmasında məqsəd qış imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin etmək, imtahanların gedişi ilə bağlı daxil olan ərizə, şikayət və müraciətləri operativ araşdırmaq və yol verilən nöqsanları vaxtında aradan qaldırmaqdır. Onu da qeyd etdilər ki,  qərargaha imtahanların gedişi ilə bağlı ciddi bir müraciət daxil olmamışdır. Hətta  imtahan prosesini valideynlər, kütləvi informasiya vasitələrinin nümayəndələri də yaxından izləmişlər. İmtahanlar bir qayda olaraq monitorinq formada aparılmışdır. 
Məzunların əmək bazarına inteqrasiyası və təcrübə-mübadilə proqramlarının inkişaf etdirilməsi barədə  Karyera mərkəzinin direktoru Zahid Bünyadov çıxış edərək bildirdi ki, "Karyera Mərkəzi" universitetin struktur bölməsidir və ali təhsilin iki pilləli strukturunda magistrantların və bakalavrların ixtisas yönümlü təcrübəsini təşkil edir, məzunlara işə düzəlməkdə dəstək olmaqla yanaşı, Karyera Mərkəzi burada təhsil alan yuxarı kurs tələbələrinin  karyeralarının planlaşdırılmasına istiqamət verərək, onları iş dünyasına hazırlayır. Elə mərkəzin başlıca məqsədi gənclərin bilik, praktiki bacarıq və vərdişlərinin artırılması, onların məşğulluq problemlərinin həll edilməsi üzrə kompleks təşkilati, texniki, informasiya, konsaltinq, tədris və maarifləndirmə tədbirlərinin həyata keçirir. 
Cari məsələlərin müzakirəsi zamanı Elmi katib professor Aqil Hüseynov  elmlər doktoru dissertasiya işlərinin mövzuları və elmi məsləhətçiləri açıq səs vermə yolu ilə təsdiq etdi. Həmçinin professor Aqil Hüseynov şura üzvləri nəşr hüququ verilməsi üçün  Tədris metodik şuraya təqdim edilmiş işlərlə tanış etdi. Müzakirədən sonra tədris metodiki işlərə nəşr olunmaq  hüququ verilməsi üçün qərar   qəbul edildi.  Professor- müəllim heyətinin  fəaliyyətinin qiymətləndirilməsi haqqında əsasnamə də təsdiq olundu. Sonda Elmi Şuranın qərar layihəsi təsdiq edildi.         

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az