Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | İdmanın inkişafı üçün hər cür şərait yaradılıb
İdmanın inkişafı üçün hər cür şərait yaradılıb

Tələbə və əməkdaşlarımız nailiyyətləri ilə ölkə idmanına töhfələr verirlər
Maddi – texniki bazası, kadr potensialı ilə nümunəyə çevrilən universitetimiz bütün  sahələrdə  olduğu  kimi  idman da  diqqət mərkəzindədir. Bu məqsədlə 2015- ci ilin fevral  ayında İdman  klubu  yaradıldı. Universitetin  İdaman bazasında rektor professor Elxan Hüseynovun rəhbərliyi ilə tələbələrin asudə  vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə böyük idman zalı əsaslı təmir olunmuş, universitetin  həyətində  sahmat lövhəsi inşa edilmiş, süni örtüklü  futbol  meydançaı, voleybol  və  basketbol  meydançaları, stolüstü  oyunlar  üçün köşklər  qrulmuşdur. Təbii  ki, bütün bunlar  gələcəyimiz  olan nəslin  sabahı  üçündür.
Hal - hazırda  idman bazamızda futbol, stolüstü  tennis, badminton, atıcılıq, voleybol, şahmat, dama  üzrə  tələbələr və əməkdaşlar  məşğul olurlar. Bunun   məntiqi  nəticəsi  olaraq SDU-nun tələbələri  və  əməkdaşları  şəhər  və respublikada təşkil olunan  beynəlxalq yarışlarda  aktiv iştirak edirlər. 2015/2016-cı ildə Sumqayıt  şəhərində müəsissələrarası təşkil olunan  stolüstü  tennis yarışlarında  I yeri  tutmuşlar. Sumqayıt  şəhərində  keçirilən  “Vətənin  müdafiəsinə  hazıram”  çoxnövçülük üzrə yarışda komandamız I yerə layiq görülmüşdür.
2016-cı ildə tələbələrin Ali məktəblər arasında cüdo üzrə  Azərbaycan  çempionatında   Fizika  və elektroenergetika  fakültəsinin   tələbəsi  I yeri  tutmuşdur. Yüngül atletika  üzrə komandamız Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman  Akademiyasından  sonra II yer  tutmuşdur. Azərbaycan Respublikası Gənclər arasında  keçirilən cüdo üzrə yarışda və Beynəlxalq  yarışda Vüsal Həsənov  I yeri  tutmuşdur.
Keçən  il  Bakıda  keçirilən  Ali  məktəblərin  əməkdaşları arasında keçirilən 5 idman növü  üzrə: şahmat, dama, stolüstü  tennis, voleybol, nərd yarışlarında  komandamız III yerə layiq görülmüşdür.
İdman klubunun  əməkdaşları  Universitetin rəhbərliyinin daim diqqət  mərkəzindədirlər. Onlardan biri  nazirlik,  iki  nəfəri  isə SDU-nun  rəhbərliyi  tərəfindən  fəxri fərmanla  təltif edilmişlər. 
Fevralın 9-dan 13-dək universitetin Həmkarlar İttifaqı Komitəsi və İdman Klububnun təşkilatçılığı ilə SDU-nun 55-illik yubleyi münasibəti ilə  əməkdaşların fakültələrarası 3 idman növü (şahmat, dama, nərd) üzrə   yarış keçirildi. 
Qaliblərin mükafatlandırma mərasimində Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov ölkəmizdə idmanın dinamik inkişafından, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmana qayğısından, bu diqqət və qayğının təzahürü kimi idmançılarımızın beynəlxalq arenalarda göstərdikləri uğurlu nəticələrdən bəhs etdi. Bildirdi ki, yarışın keçirilməsində əsas məqsəd əməkdaşların sağlamlığının möhkəmləndirilməsi, onları bədən tərbiyəsi və idman məşğələlərinə cəlb etməklə asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək, həmçinin ən yaxşı idman kollektivlərini müəyyən etməkdən ibarətdir.
Məntiq tələb edən intellektual oyun olan şahmat idman növü üzrə I yer - İqtisadiyyat və idarəetmə fakültəsi, II yer - Riyaziyyat  fakültəsi, III yer - Fizika və elektroenergetika  fakültəsi tutdular.  Dama idman növü üzrə I yer  -  Tarix və coğrafiya  fakültəsi, II yer  -  Kimya və biologiya fakültəsi, III yer  - Fizika və elektroenergetika  fakültəsi, qədim oyun növü olan nərd üzrə  I yer -  İqtisadiyyat və idarəetmə fakültəsi,    II yer   - Kimya və biologiya fakültəsi, III yer  - Filologiya fakültəsi tutdular. 
İdman Klubunun müdiri dosent Zakir Məmmədov qalib komandanı təbrik edərək qeyd etdi ki, son illər universitetimiz idman sahəsində də böyük  uğurlara imza atır. Onu da vurğuladı ki, gələcəkdə  İdman  klubunun  əməkdaşları  öz  işlərini  günün  tələblərinə uyğun  quraraq   universitetdə  idmanın inkişafı üçün  daha fəal  çalışacaqlar.
Sonda yarışın qalibləri kubok  və diplomlarla mükafatlandırıldı, xatirə şəkli çəkdirildi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az