Əsas səhifə | Xəbərlər | "Media və təhsil dialoqu" mövzusunda konfrans keçirildi
"Media və təhsil dialoqu" mövzusunda konfrans keçirildi

Dekabrın 22-də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Təhsil Nazirliyinin təşkilatçılığı ilə   “Media və təhsil dialoqu”         mövzusunda                  konfrans     keçirildi.
Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, ali məktəblərin mətbuat xidmətlərinin, media qurumların rəhbərləri, tanınmış təhsil ekspertləri, jurnalistlər, o cümlədən Sumqayıt Dövlət Universitetinin Mətbuat Xidmətinin rəhbəri Nazxanım Cəlilli iştirak    etdilər.
Tədbiri giriş sözü ilə  Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov açaraq qonaqları salamladı. “PR texnologiyaları ” adlı I paneldə Təhsil Nazirliyinin İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov “Press relizlərin hazırlanması və yayılması” mövzusunda təqdimatla çıxış etdi.
Təhsil Nazirliyinin veb-masteri Mehman Şəfaqətov “Universitet saytları: hörümçək torunda hardasınız? mövzusunda təqdimatında ali məktəblərin veb resursları  və virtual aləmdəki fəaliyyəti ilə bağlı  aparılan monitorinqi  iştirakçıların diqqətinə çatdırdı. Bildirdi ki, Sumqayıt Dövlət Universiteti  ali təhsil müəssisələrində fəaliyyət göstərən Tədris Elektron Şəbəkəsində ikinci yeri tutub.
Praktik Konfrans Bakı Ali Neft Məktəbində davam etdirildi.  BANM-in rektoru Elmar Qasımov rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti ilə bağlı məlumat verdi. Bu ali təhsil müəssisəsinin beynəlxalq standartlara cavab verən, ən müasir təlim və tədris texnologiyaları əsasında kadr hazırlığını         həyata        keçirdiyi bildirildi.
“Sosial mediada necə təqdim olunmalı?” mövzusunda keçirilən panel iclasında Bakı Dövlət Universitetinin (BDU) televiziya və radio jurnalistikası kafedrasının müdiri Aynur Kərimova “Sosial media “mediadırmı?” mövzusunda təqdimatla çıxış    etdi.
“APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı “Onlayn media: tezbazar, yoxsa...?” mövzusunda təqdimatında onlayn medianın problemləri və inkişafı barədə danışıb, media nümayəndələrindən daha böyük məsuliyyət və peşəkarlıq tələb     olunduğunu         vurğuladı.
  Sonra BANM-in rektoru Elmar Qasımov Mətbuat tədqiqatçısı Şirməmməd Hüseynovu prezident İlham Əliyevin sərəncamı ilə “Şərəf” ordeni alması münasibətilə tədbir iştirakçıları adından təbrik etdi və  BANM-in “Fəxri qonaq” diplomunu ona   təqdim        etdi.
  Tədbirdə təhsil ekspertləri, BDU-nun professoru Şahlar Əsgərov, Almaniyada yaşayan azərbaycanlı alim Məsud Əfəndiyev və başqaları çıxış edərək konfransın         əhəmiyyətindən         danışdılar.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az