Əsas səhifə | Xəbərlər | Universitetin rəhbərliyi və kollektivi tələbələrimizin dəfnində iştirak etdilər
Universitetin rəhbərliyi və kollektivi tələbələrimizin dəfnində iştirak etdilər

Martın 9-da səhər saatlarında Bakı – Sumqayıt yolunda Masazır qəsəbəsinə girişin yanındakı körpüdə baş verən yol nəqliyyat hadisəsi zamanı Sumqayıt Dövlət Universitetinin tələbələrini daşıyan “Ford Tranzit”markalı avtobus yük avtomobili ilə toqquşub, nəticədə Fizika və elektroenergetika fakültəsinin III kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova faciəvi şəkildə dünyasını dəyişiblər. Dünən Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov, prorektorlar, dekanlar, rəhbər işçiləri və tələbələr avtoqəzada faciəvi şəkildə həyatını itirmiş tələbələrimizin yas mərasimlərində iştirak edərək onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veriblər. Bu gün daha iki nəfər tələbəmiz torpağa tapşırılır, universitetin rəhbərliyi və kollektivi dəfn mərasimində iştirak edirlər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az