Əsas səhifə | Xəbərlər | Avtoqəzada yaralanan tələbələrimiz rəhbərliyin diqqət mərkəzindədir
Avtoqəzada yaralanan tələbələrimiz rəhbərliyin diqqət mərkəzindədir

Mütəmadi olaraq universitet rəhbərliyi, fakültə dekanları və tələbələr Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası və Bakı şəhər 1 nömrəli Klinik Tibbi Mərkəzdə avtoqəza nəticəsində yaralanan tələbələrimizə baş çəkir, onların səhhəti ilə maraqlanırlar.Bu gün də dekanlar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında yaralı tələbələrlə bir-bir görüşərək onların vəziyyəti ilə maraqlandılar, tezliklə sağalmasını və ailələrinə qovuşmasını arzu etdilər.Məlumat üçün bildirək ki, onların müalicəsi istiqamətində zəruri tədbirlər görülür. Hazırda xəstəxanada 5 yaralı tələbəmiz - Oqtay Əsgərli, Aytən Quluzadə, İlahə Baxışova, Aydan Mürsəlzadə, Əfsər Cəbiyev müalicə alır, 2 nəfər tələbəmiz- Rəsul Sadıqov, Emin Həmidov isə Bakı şəhər 1 nömrəli Klinik Tibbi Mərkəzdə müalicə alırlar, onların vəziyyəti həkimlərin nəzarəti altındadır.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az