Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sosial şəbəkələrdə universitetimizin şərəf və ləyaqətinə toxunan yazılar yolverilməzdir
Sosial şəbəkələrdə universitetimizin şərəf və ləyaqətinə toxunan yazılar yolverilməzdir

Bir neçə gündü universitetimizlə bağlı böhtan xarakterli şərhlər sosial şəbəkələrdə dərc olunur. Şərhdə qeyd edilir ki, universitet rəhbərliyi martın 9-da avtoqəzada faciəvi şəkildə dünyasını dəyişmiş tələbələrin dəfnində iştirak etməyib. Amma ölkəmizdə fəaliyyət göstərən kanalların əksəriyyətində və bütün sosial şəbəkələrdə  universitet rəhbərliyinin, fakültə dekanlarının, struktur rəhbərlərinin həm hadisə yerində, həm xəstəxanalarda, həm də dəfn mərasimlərində iştirakları barədə süjetlər və informasiyalar yer alıb. Elə bütün bunlar universitetin öz saytında da geniş işıqlanıb. 
Şənbə günü martın 11-də səhər saatlarında  universitet rəhbərliyi, fakültə dekanları və Mətbuat xidməti Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında avtoqəza nəticəsində yaralanan tələbələrimizə baş çəkdilər, onların səhhəti ilə maraqlanaraq maddi və mənəvi dəstək oldular. Hətta həmin günü Bakı şəhər 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində komada olan 1999-cu il təvəllüdlü Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin I kurs tələbəsi Lalə Nəsibzadə dünyasını dəyişmiş,  universitet rəhbərliyi, kollektivi və tələbələr dəfn mərasimində iştirak etmiş, mərhumun ailəsinə dərin hüznlə  başsağlığı vermişlər.
Hal-hazırda da universitet rəhbərliyi yaralı tələbələrimizin vəziyyəti ilə maraqlanır. 
Diqqətə çatdıraq ki, böhtan xarakterli şərhi yazan Ramal İsmayılovun kimliyini universitetin Mətbuat xidməti araşdırmış, məlum olmuşdu ki, Ramal İsmayılov 2015/2016-cı tədris ilində universitetdə ikinci təhsil almaq məqsədi ilə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin Xarici dil ixtisasına daxil olmuş,  bu il o, Fərdi tədris planını götürmədiyi, dərslərdə iştirak etmədiyi, təhsil haqqını ödəmədiyi üçün universitetdən xaric edilmişdir. Bu barədə Filologiya fakültəsindən bildirildi ki, Ramal İsmayılov dərslərdə iştirak etmək istəməyib, bunun üçün o  müəyyən  təkliflər irəli sürüb. Azərbaycan Dövlət İqtisad Universitetini bitirən Ramal İsmayılov  ona sadəcə olaraq SDU-nun Filologiya fakültəsinin Xarici dili ixtisasının diplomu lazım olduğunu qeyd edib (çünki o, ingilis dili fənnindən uşaq hazırlayır). Universitetdə bu cür halların yolverilməz olduğu bildirilərək onun  bu təklifi rədd edilmişdir. Buna görə də Ramal İsmayılov universitetimizə qarşı böhtan yayır.
Ümumiyyətlə qeyd edək ki, sosial şəbəkələrdə  universitetimizin şərəf və ləyaqətinə toxunan addımlar yolverilməzdir. Gəlin etik qaydalara riayət edək.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az