Sumqayıt  Dövlət Universitetində Dünya Azərbaycanlıları Həmrəylik Günü və Yeni il bayramı  münasibətilə  tədbir keçirildi.
Öncə universitetin III-IV kurs tələbələrinin  ifasında Süleyman Rüstəmin “Çimnaz xanım yuxudadır”  əsərinin premyerası oldu. Tələbələrin ifasında canlandırılan obrazlar  tamaşaçıların diqqət və marağına səbəb oldu.  Anşlaqla keçən tamaşanın sonunda rektor Elxan Hüseynov obrazları  mahircəsinə  canlandıran tələbələri pul  mükafatına layiq gördü.
Bayram  şənliyi universitetin Gənclik kafesində professor-müəllim, tələbə heyətinin  iştirakı ilə davam etdirildi.   Universitetin Səma qrupunun və Bəyaz instrumental ansamblının ifasında  maraqlı musiqi və rəqs nömrələri şənliyi canlandırdı.
Rektor  universitetin hər bir əməkdaşını səmimi qəlbdən təbrik etdi. Bildirdi ki, bu  gün qeyd etdiyimiz  Dünya  Azərbaycanlılarının Həmrəyliyi Günü  Ulu  öndər Heydər Əliyevin tariximizə, milli-mənəvi dəyərlərimizə verdiyi töhfələrin  ən alisidir. Dövlətçiliyimizin qorunmasında, milli mənsubiyyətimizin mövcudluğunda  dünyanın hər bir güşəsində yaşayan  ruhu,  ürəyi Vətən eşqi ilə döyünən hər bir   azərbaycanlının  bir olması,  Ümummilli lider Heydər Əliyevin arzusu və  amalından doğan istək idi. Bu gün  SDU-da  bir araya gəlməyimiz son bir ildə universitetimizdə mövcud olan birlik və mehriban  kollektiv münasibətin rəmzidir. Mən arzu edirəm ki, Sumqayıt Dövlət  Universiteti Avropanın qabaqcıl universitetləri   sırasında uğurla addımlasın. Bunun üçün artıq universitetimizdə xeyli  işlər görülüb və bu işləri Avropa təhsil sistemi səviyyəsində qurmağı qarşımıza  məqsəd qoymuşuq. Bütün bu işləri həyata keçiriməyimizdə bizə dəstək olan cənab  Prezident İlham Əliyevə və  Təhsil naziri  cənab Mikayıl Cabbarova öz dərin təşəkkürümü bildirirəm.
Onu da qeyd  edək ki, dekabr ayında Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini anma  məqsədi ilə Sumqayıt Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqının  təşəbbüsü ilə keçirilən “Ən yaxşı məqalə” müsabiqəsinə yekun vuruldu. 
Gərgin  müzakirələrdən sonra müsabiqənin qalibləri  seçildi və rektor Elxan Hüseynov qalibləri Fəxri fərman və mükafatla  təltif etdi:
1-ci yeri  Riyaziyyat   fakültəsindən  Cəbrayıllı Ağabəyim  Səxavət qızı
2-ci  və 3-cü yeri Filologiya fakültəsindən  İsmayılova Fatimə Ramiz qızı və Güner Naciye Mehmet qızı tutdular.  Həvəsləndirici mükafat İqtisadiyyat və idarəetmə fakültəsindən Nazimli Nigar  Nazim qızına təqdim olundu.
Ümumilikdə,  müsabiqəyə 132-dək məqalə təqdim olunmuşdur. Bir-birindən maraqlı və dolğun  olan məqalələrdə xüsusilə qeyd olunmuşdur ki, Heydər Əliyevin həyat və  fəaliyyəti hamımız üçün örnəkdir.
Yeri  gəlmişkən qeyd edək ki, “Ən yaxşı məqalə” müsabiqəsinin qalibləri  aşağıdakı  mövzular üzrə yer tutmuşlar:
Heydər Əliyev və Azərbaycanın neft strategiyası
Heydər Əliyev və müasir tariximiz
Heydər Əliyev və Türk dünyası
Heydər Əliyev Azərbaycan  Dövlətçiliyinin banisidir
Mətbuat xidməti