Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | TEMPUS UNIVIA layihəsi çərçivəsində növbəti tədbir Birləşmiş Krallığın Varvik universitetində keçirilib
TEMPUS UNIVIA layihəsi çərçivəsində növbəti tədbir Birləşmiş Krallığın Varvik universitetində keçirilib

 Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) koordinatoru olduğu “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” adlı TEMPUS UNIVIA layihəsi çərçivəsində 25 may - 7 iyun tarixlərində Layihənin Avropa tərəfdaşlarından olan Böyük Britaniyanın Varvik Universitetində təlim keçirilib.
İki həftəlik təlim-seminarda Layihənin tərəfdaşları olan Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Kiyev Milli İqtisadiyyat Universiteti (Ukrayna), Qırğızıstan İqtisad Universiteti (Qırğızıstan) və Kujand Dövlət Universitetinin (Tacikistan) müvafiq əməkdaşları iştirak edib.
Tədbirdə Layihənin SDU tərəfdən meneceri olan, Xarici Dillər kafedrasının müdiri, professor Nigar İsgəndərova təmsil edib. Varvik Universitetinin Beynəlxalq əlaqələr ofisi və Tətbiqi Linqvistika Mərkəzi tərəfindən birgə təşkil edilən seminarda beynəlxalq əlaqələrin təşkili mexanizmi, tərəfdaş universitetlərin seçilməsi meyarları, tələbə və müəllim mübadiləsinin reallaşdırılması təcrübəsi, əcnəbi tələbələrin cəlb edilməsi, universitetin beynəlxalq arenada uğurlu təbliğatı, marketinq tədbirləri, effektiv veb-sayt və sosial media fəaliyyəti, beynəlxalq təhsil layihələrində iştirak və digər istiqamətlər üzrə mühazirələr oxunub və müzakirələr aparılıb.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az