Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Heydər Əliyev və Gənclər siyasəti” mövzusunda növbəti məşğələ keçirildi
“Heydər Əliyev və Gənclər siyasəti” mövzusunda növbəti məşğələ keçirildi

Aprelin 7-də universitetin Heydər Əliyev Məktəbində  “Heydər Əliyev və Gənclər siyasəti” mövzusunda növbəti məşğələ keçirildi. Rektor professor Elxan Hüseynov tədbiri açaraq vurğuladı ki, gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz onlarla bir addımlayır. Ümummilli lider Heydər Əliyevin ən böyük xidmətlərindən biri də onun gələcəyimizə - Azərbaycan gəncliyinə verdiyi töhfələrdir. Ulu öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşmasında Ulu Öndərin böyük səyi olmuşdur. Ulu öndər respublikamıza rəhbərlik etdiyi illər ərzində böyük elmi, intellektual, kadr, iqtisadi və enerji potensialı yaradılmasına nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir. Rektor onu da vurğuladı ki, bu gün cənab Prezidentimiz bu siyasəti uğurla davam etdirərək daima Azərbaycan gəncliyini dəstəkləyir, ölkənin idarəolunmasından başlayaraq bütün həyati əhəmiyyətli sahələrdə gənclərə etimad göstərir. Müasir Azərbaycan gəncliyi Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən və məqsədyönlü gənclər strategiyasına sadiqdir. 
Fəlsəfə və hüquq kafedrasının müdiri professor Həsən Sadıqov “Heydər Əliyevin gənclər siyasəti”, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti  Elmar Xəlilov “Heydər Əliyev və Azərbaycan gənclər siyasətinin formalaşdırılması”, Tarix və onun tədrisi metodikası kafedrasının müəllimi Samir Məhərrəmov “Azərbaycan gəncliyi Heydər Əliyev ideyalarına sadiqdir”, İqtisadiyyat və idarəetmə fakültəsinin  I kurs tələbəsi İlkin Quluzadə “Müasir Azərbaycan gəncliyi ”, Tarix və coğrafiya fakültəsinin II kurs tələbəsi Əli Miriyev “Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi”, Kimya və biologiya fakültəsinin I kurs tələbəsi Gülüzə Xudayarovanın “Müstəqil Azərbaycan dövlətinin Dövlət gənclər siyasəti” mövzularında çıxışları dinlənildi.Çıxışlarda vurğulandı ki, dahi Heydər Əliyev şəxsiyyəti və siyasəti Azərbaycan gəncləri üçün milli ideal formulu, tərbiyə məzmunu və fəaliyyət proqramıdır. Bu gün milyonlarla gənc Heydər Əliyev siyasi məktəbindən azərbaycançılığı, vətəni sevməyi və onun uğrunda fədakarlıqla xidmət etməyi öyrənir. Sumqayıt Dövlət Universitetində də Gənclər siyasəti uğurla davam etdirilir, gənc kadrların işlə təmin olunması istiqamətində mühüm addımlar atılır.
Sonda Yeni Azərbaycan Partiyası sıralarına  yeni  qəbul edilmiş bir qrup tələbəyə  partiya vəsiqələri təqdim edildi. 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az