Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Univresitetimizin tələbələrinin uğurları davam edir
Univresitetimizin tələbələrinin uğurları davam edir

Bakı Slavyan Universitetində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda XIII Beynəlxalq tələbə elmi-praktik konfransı keçirilmişdir.
Sumqayıt Dövlət Universitetinin “Azərbaycan dili və dilçilik” kafedrasının müəllimi Paşayeva Günel Baxşeyiş qızının elmi rəhbərliyi ilə Filologiya fakültəsinin II kurs 964 – cü qrup tələbələri Paşayev Namiq  və  Əmrahov Qoşqar konfransda iştirak etmək məqsədilə məqalə hazırlamış və Bakı Slavyan Universitetinə təqdim etmişlər. Hər iki məqalə elmi heyət tərəfindən bəyənilmiş və qəbul olunmuşdur.
Konfransın gedişində müxtəlif universitetlərin tələbə və magistrantlarının iştirakı ilə elmi diskussiyalar, seminarlar, çıxış etdikləri aktual mövzular ətrafında müzakirələr və  fikir mübadilələri aparılmışdır. Bölmələr üzrə məruzələr dinlənilmiş, fərqlənən tələbələrə konfransın sonunda rektor tərəfindən diplomlar təqdim edilmişdir.
SDU-nun tələbəsi Paşayev Namiq Rahib oğlu da Sumqayıt Dövlət Universitetinin adını layiqincə təmsil edərək konfransda iştirak edən 297 nəfər tələbə içərisindən fərqlənən 20 tələbə siyahısına düşmüş və diplomla təltif edilmişdir.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az