Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | İdmançı tələbələrimiz kubok və diplomlarla təltif olundular
İdmançı tələbələrimiz kubok və diplomlarla təltif olundular

Bu gün ölkəmizdə idmanın inkişafı, onun kütləviləşməsinə nail olunması istiqamətində çox mühüm tədbirlər həyata keçirilir. Qürur hissi ilə qeyd etmək olar ki, yeniyetmə və gənclər arasında idmana maraq gündən-günə artmaqda, bu sahədə qazanılan uğurların sayı çoxalmaqdadır. İndi istər Bakı, istərsə də bölgələrdə region və beynəlxalq əhəmiyyətli idman yarışları ən yüksək səviyyədə keçirilir. İdmançı tələbələrimiz də təşkil olunan müxtəlif yarışlarda iştirak edir, qələbələr qazanır və hər dəfə Sumqayıt Dövlət  Universitetinin adını ucaldırlar.
Aprelin 6-da  Bakı Mühəndislik Universitetində “Sağlamlıq və xoşbəxtlik günü” münasibətilə Türkmənistanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə ali təhsil müəssisələrinin tələbələri arasında  5 idman növü üzrə (mini - futbol, stolüstü  tennis, gimnastik  alətdə (turnikdən çəkinmə  və  qısa  məsafəyə  qaçış) yarışlar  keçirilmişdir. Həmin  yarışlarda respublikamızın 6 ali  məktəbin  - Sumqayıt  Dövlət  Universitetinin, Azərbaycan  Dövlət  Neft  və Sənaye  Universiteti, Bakı  Ali  Neft Məktəbi, Bakı  Mühəndislik  Universiteti, Türkmənistanın “ Yaşlıq”  komandası, Azərbaycan  Memarlıq və İnşaat  Universitetinin tələbələri  iştirak etdilər.  SDU -nun  tələbələri  4 idman növü  üzrə çıxış edərək aşağıdakı nəticələri  əldə  etdilər.
Stolüstü  tennis üzrə  I yerə Mühəndislik  fakültəsinin tələbəsi Emin Abdullayev, Kimya  və  biologiya  fakültəsinin I kurs tələbəsi Nurlan Həsənov, İqdisadiyyat  və  idarəetmə  fakültəsinin I kurs Nicat  Hüseynli,   Yüngül  atletika üzrə Kimya  və  biologiya  fakültəsinin Ilham İksanov II  kurs tələbəsi I yerə, Fizika və elektroenergetika  fakültəsinin III kurs    tələbəsi Xəlil  Sultanov III yerə, Gimnastik  alət (turnik) Kimya  və  biologiya  fakültəsinin I kurs  tələbəsi Elnur  Səfərli III yeri,  komandamız mini - futbol  üzrə IV yerə çıxdılar.
Qaliblər təşkilatçılar tərəfindən kubok və diplomlarla təltif edildilər.
Qeyd  etmək  lazımdır  ki,  SDU -nun  mini - futbol  komandası  ən  fəal  komanda  kimi  xüsusi  diplomla  təqdim  olundu.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az