Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz Pskov Dövlət Universitetində keçirilən “Gənclər elm üçün-2017” adlı Beynəlxalq Gənclər Elmi-Praktiki Konfransında sertifikata layiq görüldülər
Tələbələrimiz Pskov Dövlət Universitetində keçirilən “Gənclər elm üçün-2017” adlı Beynəlxalq Gənclər Elmi-Praktiki Konfransında sertifikata layiq görüldülər

Elmi tədqiqatların müasir səviyyədə aparılması istiqamətində mühüm işlər görülür.
Bu gün tələbələrin intellektual potensialının üzə çıxması üçün onların beynəlxalq konfrans və simpoziumlarda iştirakı vacibdir. Respublikamızda təhsilin səviyyəsini qaldırmaq, onu beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədilə genişmiqyaslı islahatlar həyata keçirilir. Bütün bunlar yüksək ixtisaslı kadrların hazırlanması və  respublikamızın elmi-texniki potensilanının gücləndirilməsinə xidmət edir. Universitetimizdə elmi tədqiqatların müasir səviyyədə aparılması və keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm işlər görülür. Sumqayıt Dövlət Universitetində tələbələrin elmə olan marağının artırılması, elm sahəsində uğurlar əldə etməsi, onların elmi fəaliyyətlə məşğul olmasına geniş imkanlar yaradılıb. Tələbələrimiz elmi-tədqiqat və yaradıcılıq işləri ilə universitet, respublika və beynəlxalq səviyyədə təşkil olunan elmi konfrans, seminar, fənn olimpiadaları, müsabiqə və yaradıcı layihələrdə fəal iştirak edərək sertifikata layiq görülürlər. Aprelin 2-dən 9-dək TEC-in elmi rəhbəri dosent İslam Paşayevin rəhbərliyi ilə üç tələbəmiz Rusiyaya səfər edərək Pskov Dövlət Universitetində keçirilən Beynəlxalq  Gənclər Elmi-Praktiki Konfransda iştirak etdilər. Konfransda Filologiya fakültəsinin  II kurs tələbəsi Nailə Zeynalova “Məktəbəqədər uşaqların ingilis dilini öyrənməsində nağılların rolu”, Fizika və elektroenergetika fakültəsinin III kurs tələbəsi Tofiq Adıgözəlov “Silisium əsaslı Şotki diodlarının tədqiqi”, Kimya və biologiya fakültəsinin II kurs tələbəsi Saleh Fərəcov “Propantriol əsaslı aminospirtlərin sintezi və xassələri”mövzularında məruzə ilə çıxış etdilər. Bölmə iclaslarında  dinlənilən məruzələr yüksək qiymətləndirilərək  xüsusi mükafata və sertifikata layiq görüldü. Qeyd edək ki, Pskov Dövlət Universitetində universitetimizin  tələbələri üçün xüsusi proqram hazırlanmışdır. Proqrama uyğun olaraq tələbələrimiz PDU –nun tələbələri ilə birgə dərslərdə iştirak etmişlər.
Onu da qeyd edək  ki, Pskov Dövlət Universitetində ötən il 29 tələbəmizin elmi məqaləsi çap olunmuşdur.
Sonra TEC-in Elmi rəhbəri dosent İslam Paşayev Pskov Dövlət Universitetinin rektoru Yuriy Demyanenko ilə görüşmüş rektor professor Elxan Hüseynovun salamını və ikitərəfli əməkdaşlığın bundan sonra daha da inkişaf etdirilməsi fikrini çatdırmışdır. Pskov Dövlət Universitetinin rektoru universitetimizin rəhbərliyinə təşəkkürünü bildirərək bu əlaqələrin daha da möhkəmlənməsi məqsədi ilə SDU tərəfdən dosent İslam Paşayevlə əməkdaşlıq müqaviləsini imzalamışdır. Burada tələbə-müəllim mübadiləsi, müştərək tədqiqatların aparılması, birgə konfransların keçirilməsi kimi məsələlər öz əksini tapmışdır.
Bundan başqa səfər zamanı nümayəndə heyətimiz müxtəlif fakültələrin dekanları ilə görüşmüş, qarşılıqlı əməkdaşlıq haqqında konkret təkliflər müzakirə edilmişdir.  Onu da qeyd edək ki, Pskov Dövlət Universitetində hər il əcnəbi tələbələrin Forumu keçirilir. Bu il də ora Rusiyanın müxtəlif ali məktəblərindən tələbələr dəvət olunub. Burada xarici tələbələrlə işin sistemi haqqında müxtəlif seminarlar keçiriləcəkdir. Səfər zamanı nümayəndə heyətimiz universitet əməkdaşları ilə tam qarşılıqlı səmimi münasibət qurmağa nail olmuş, V Forumda (26-27 aprel 2017-ci il tarixində) iştirak üçün dəvət almışlar. 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az