Əsas səhifə | Xəbərlər | Beynəlxalq layihələr çərçivəsində əməkdaşlığımız davam edir
Beynəlxalq layihələr çərçivəsində əməkdaşlığımız davam edir

Qafar Atayev: Layihə çərçivəsində əldə olunmuş nailiyyətlərin təqdimatları təqdim olunmuş, gələcək strateji fəaliyyət planları müzakirə edilmişdir... 
Müştərək layihələrin gerçəkləşdirilməsi beynəlxalq əlaqələrin inkişafına kadr potensialının möhkəmlənməsinə töhfələr verir. Bu məqsədlə universitetimizin Qiyabi, distant və əlavə təhsil üzrə prorektoru dos. Qafar Atayev martın 6–dan 10-dək Sevilya Universitetində “Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji və ekoloji səmərəliliyi üzrə açıq və distant təhsil formasında peşə bakalavrı”  layihəsi çərçivəsində  növbəti seminarlarda  iştirak etmişdir.  
Səfər barədə əməkdaşımıza ətraflı məlumat verən Q.Atayev Sumqayıt Dövlət Universiteti üçün seçilmiş “Binaların elektrik təchizatı” ixtisası üzrə akkreditasiya üçün hazırlanmış dosyenin ilkin variantının, işlənmiş Peşə kartlarının və modul prinsipi üzrə Peşə təhsili üçün vacib olan seçilmiş tədris metodiki və maddi-texniki vasitələrin təqdimatını keçirmişdir.
Bundan başqa layihə çərçivəsində görülmüş işlər, 6-20 noyabr 2016-cı il tarixlərində Avropadan Azərbaycan üçün referen Univerisitet təyin olunmuş Fransanın CNAM universitetində təkmilləşmə kurslarında iştirak etmiş müəllimlərin yerlərdə hər seminarda 15 əməkdaş olmaqla 3 seminarların  keçirildiyi barədə məlumat-hesabat vermiş, distant təhsilin regionlarda necə qurulacağı haqda işçi planlar,  ikili və ya birgə diplomların reallaşdırılması üçün mövcud problemlər, layihə çərçivəsində əldə olunmuş nailiyyətlərin yayılması üsulları müzakirə edilmiş, layihənin vebsaytın, reklam xarakterli materialların hazırlanmasının, məharət(ustalıq) siniflərinin təşkil edilməsinin vacibliyi vurğulanmışdır. 
Daha sonra layihənin maliyyə hesabatlarına baxılmış və gələcək strateji fəaliyyət planı müzakirə edilmiş, layihə çərçivəsində alınacaq avadanlıqlar, yeni ixtisas üçün tələbə qəbulunun planlaşdırılması, ixtisas üçün resurs mərkəzlərinin yaradılması müzakirə olunmuşdur. 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az