Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Bu günün şagirdi, sabahın alimidir” devizi altında riyaziyyat üzrə fənn olimpiadası keçirildi
“Bu günün şagirdi, sabahın alimidir” devizi altında riyaziyyat üzrə fənn olimpiadası keçirildi

Aprelin 23-də Sumqayıt Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Bu günün şagirdi, sabahın alimidir” devizi altında riyaziyyat üzrə fənn olimpiadası keçirildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli sərəncamında “2015-2025 – ci illərdə Azərbaycan gənclərinin inkişaf Strategiyası”nda yeniyetmələrdə erkən yaşlarında elmə maraq yaradılması və bu məqsədlə müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu tədbirlərdən biri də fənn olimpiadalarının təşkilidir. Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə keyfiyyətli təhsilalma, biliklərə marağı artırmaq və özünə inam hislərini gücləndirmək, ayrı –ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təşkil etmək istiqamətində tədbirlər müəyyənləşdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarətdir. Fənn olimpiadaların keçirilməsi artıq universitetimizdə ənənə halını alıb. Sumqayıt Dövlət Universitetində keçirilən olimpiadaların yüksək səviyyədə təşkil edilməsi, ona ildən – ilə marağın artması, onun mötəbər bir bilik yarışması kimi ad qazanmasına səbəb olub.
Məlumat üçün bildirək ki, riyaziyyat fənni üzrə artıq ikinci dəfə olimpiada keçirilir. Bu olimpiada əvvəlkindən daha fərqli oldu. Həm iştirakçıların sayı, həm də  əvvəlki olimpiadada əgər IV-VIII sinif şagirdləri iştirak edirdisə, builki olimpiadada onlarla yanaşı IX-XI sinif şagirdləri də öz biliklərini sınadılar. Qeyd edək ki, Sumqayıt Təhsil şöbəsinin dəstəyi ilə keçirilən olimpiadada şəhərimiz üzrə 46 ümumtəhsil məktəbindən 542 şagird iştirak etdi. Yazı işləri  təşkilat komitəsi tərəfindən yoxlanılaraq qiymətləndirildi. Qaliblər universitet rəhbərliyi tərəfindən fəxri  fərman, qiymətli hədiyyələrlə  təltif olundular.

                                                                                                                                                                                                                                                                                                  Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az