Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Beynəlxalq layihə çərçivəsində ingilis dili kursu fəaliyyət göstərir
Beynəlxalq layihə çərçivəsində ingilis dili kursu fəaliyyət göstərir

Sumqayıt Dövlət Universitetində rəhbərliyin təşəbbüsü, "Beynəlxalq əlaqələr sahəsində idarəçiliyin inkişafı və təkmilləşdirilməsi" layihəsinin dəstəyi ilə  ingilis dili kursları təşkil olunub. Kurs həm universitetin tələbə, həm də əməkdaşları üçün nəzərdə tutulmuşdur. Qeyd edim ki layihə çərçivəsində təşkil olunan bu kurslar ödənişsizdir. Kurs həm qrammatik, həm danışıq bölməsinə ayrılıb. Kursun məqsədi universitetin tələbə və əməkdaşlarının ingilis dili fənnindən öyrəndiklərini  inkişaf etdirmək və təkmilləşdirməkdir.
Dərsləri Xarici dil kafedrasının əməkdaşları Jalə Məmmədova  və Deynə Donoho aparır. Dərsin proqramının təşkili və idarəsinə, Xarici dil kafedrasının müdiri f.e.d., dos. N.V.İsgəndərova rəhbərlik edir.
Kursda Beynəlxalq əməkdaşlıq şöbəsi, Əcnəbi Tələbələrin Hazırlıq Mərkəzi, İnformasiya Texnologiyaları Mərkəzi, Magistratura və Doktorantura Şöbəsi, Fəlsəfə və Hüquq kafedrası, İqtisadi nəzəriyyə kafedrasının əməkdaşları iştirak edir.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az