Əsas səhifə | Xəbərlər | X Ümumrespublika “Tələbə baharı” yaradıcılıq festivalında tələbələrimiz uğurla çıxış etdilər
X Ümumrespublika “Tələbə baharı” yaradıcılıq festivalında tələbələrimiz uğurla çıxış etdilər

Aprelin 27-də Gənclər və İdman Nazirliyi və Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Azərbaycan Dövlət Musiqili Teatrında ali təhsil müəssisələrində yaradıcı, istedadlı gəncləri aşkara çıxarmaq, tələbə yaradıcılıq kollektivlərini inkişaf etdirmək məqsədilə “Tələbə baharı” X Ümumrespublika tələbə yaradıcılıq festivalının qala-konserti keçirildi.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov çıxış edərək festivalın əhəmiyyətindən danışdı, onun gənclərin istedad və bacarıqlarının inkişafında rolunu vurğuladı.Eyni zamanda, məlumat verildi ki, myuzikl-tamaşa formatında təşkil olunan qala-konsertin aprelin 3-dən 6-dək keçirilmiş seçim turlarında 25-dək ali təhsil müəssisəsindən 800-dən çox tələbə müxtəlif nominasiyalar üzrə istedadını nümayiş etdirdi. 
Qeyd edək ki, Milli rəqslər nominasiyası üzrə Sumqayıt Dövlət Universitetinin rəqs ansamblı - III yerə layiq görüldü.
Tədbirin  sonunda festivalın qaliblərinə Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təsis etdiyi diplomlar və xatirə hədiyyələri təqdim edildi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az