Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt ümumtəhsil məktəblərinin şagirdləri Azərbaycan tarixi fənni üzrə biliklərini sınadılar
Sumqayıt ümumtəhsil məktəblərinin şagirdləri Azərbaycan tarixi fənni üzrə biliklərini sınadılar

Olimpiada qalibi olmaq hər bir şagirdin arzusudur. Bu arzuya nail olmaq üçün gərək əzmlə çalışıb, elmin sirlərinə yiyələnəsən. O zaman qazandığın qələbənin  xoş təəssüratı  yaddaşında əbədi  qalacaq və daha böyük qələbələrə sövq edəcəkdir.Aprelin 29-da Sumqayıt Təhsil şöbəsi və Sumqayıt Dövlət Universitetinin birgə təşkilatçılığı ilə məktəblər arasında Azərbaycan tarixi üzrə fənn olimpiadası keçirildi. 
Olimpiadanın əhəmiyyətindən söz açan Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev bildirdi ki, ənənəvi olaraq universitetimizdə  məktəblilər arasında müxtəlif fənlər üzrə olimpiadaların təşkil olunması şagirdlərdə təhsilə və biliklərə yiyələnməyə marağı artırır, orta ümumtəhsil məktəbləri ilə universitetin əlaqələrini  genişləndirmək imkanını yaradır. Dekan onu da vurğuladı ki, universitetimizdə digər fənlərlə yanaşı, Azərbaycan tarixi yüksək səviyyədə professor-müəllim heyəti tərəfindəndə tədris olunur. Bugünkü olimpiadanın  uğurla gerçəkləşməsində dekan müavini Osman Hacıyevin, Tarix və onun tədrisi metodikası kafedrasının professoru Şirxan Səlimovun, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti Əmirxan İsayevin xidmətləri böyükdür. 
Şagirdlərə uğurlar arzulayan dekan Adil Baxşəliyev qeyd etdi ki, Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyev gənclərə tövsiyə edirdi: “Hər bir Azərbaycan gənci öz tarixini mükəmməl bilməlidir. Çünki tariximizin hər səhifəsi bizim üçün əzizdir. Xalq gərək daim öz kökünü xatırlasın.
Qeyd edək ki, məktəblilər arasında keçirilən fənn olimpiadasında  Sumqayıt şəhər 47 ümumtəhsil məktəbdən VIII, IX, X, XI sinifdən 270-ə yaxın şagird öz biliklərini sınadılar. 50 sualdan ibarət olan imtahanda şagirdlərə 90 dəqiqə vaxt verildi və olimpiada test formasında aparıldı.
Sonda şagirdlər universitet rəhbərliyinə olimpiadanın yüksək səviyyədə təşkili üçün yaradılan şəraitə görə təşəkkürlərini bildirdilər. Qaliblər universitet rəhbərliyi tərəfindən fəxri  fərman, qiymətli hədiyyələrlə  təltif olundular.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az