Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Nümayəndələrimiz Makedoniya Universitetində təlimdə
Nümayəndələrimiz Makedoniya Universitetində təlimdə

Yerli tərəfdaş universitetlər həyata keçirdikləri pilot proqramlar haqqında təqdimatlar etdilər
2017-ci il aprelin 23-dən 27-dək universitetimizin də tərəfdaş olduğu “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP) adlı TEMPUS layihəsi çərçivəsindəYunanıstanın Makedoniya Universitetində təlim keçirildi. Təlimdə tərəfdaş universitetlərin nümayəndələri ilə yanaşı, Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Əlil Təşkilatları İttifaqının nümayəndələri də iştirak etdilər. SDU tərəfdən tədbirdə Elm və İnnovasiyalar üzrə prorektor prof. Ramazan Məmmədov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri dos.Turqay Hüseynov, Xarici dillər kafedrasının baş müəllimi Təranə Quliyeva və Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Samirə Məmmədova iştirak etdilər.
Təlimlər zamanı layihənin iş planına uyğun olaraq, Makedoniya Universitetinin nümayəndələri əlilliyi olan tələbələrlə ünsiyyətin qurulması və yardımçı avadanlıqlardan istifadə edilməsi haqqında təcrübələrini tərəfdaşlarla bölüşdülər. Həmçinin, yerli tərəfdaş universitetlər həyata keçirdikləri pilot proqramlar haqqında təqdimatlar etdilər və Əlilliyi olan tələbələr üçün Mərkəzlərin fəaliyyəti haqqında danışdılar.
Məlumat üçün qeyd edək ki, “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP) adlı TEMPUS layihəsi 2017-ci il mayın 31-də sona çatır və layihənin son konfransı cari il mayın 15-dən 16-dək layihənin koordinatoru Xəzər Universitetində həyata keçiriləcəkdir. Layihənin tərəfdaşları Polşanın Lodz Universiteti, Avstriyanın Qraç Universiteti, Yunanıstanın Makedoniya Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universitetidir. 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az