Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirildi
Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirildi

Mayın 2-də  ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş ali, orta və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagird və tələbələrinin Respublika bədii yaradıcılıq festivalının yekun konserti keçirildi. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudun Qurbanov ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş bu festivalın ənənəvi olaraq hər il təşkil edildiyini qeyd etdi. Nazir müavini bildirdi  ki, festivalda 14 ali, 17 orta ixtisas, 18 ilk peşə-ixtisas təhsili müəssisəsinin bədii özfəaliyyət kollektivləri iştirak edir. Firudin Qurbanov festivalın keçirilməsində əməyi olan hər kəsə, xüsusilə münsiflər heyətinə təşəkkür etdi və tələbələrə uğurlar arzuladı. 
Festivalda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev bədii yaradıcılıq festivalının gənclərin asudə vaxtının səmərəli təşkil olunması, istedadlı gənclərin aşkarlanması baxımından rolunu bəhs etdi. Konsertdə incəsənətin müxtəlif  janrları üzrə özfəaliyyət kollektivləri, dərnək və yaradıcılıq studiyalarında fəaliyyət göstərən ifaçılar, müğənnilər, rəqqaslar, bədii qiraətçilər və musiqiçilər çıxış etdilər. Natiqlər onuda vurğulandılar ki,Festivalın birinci mərhələsində 1000-ə yaxın şagird və tələbə öz bacarıq və istedadlarını nümayiş etdirdi. Bu il keçirilən festivalda ötən illərdən fərqli olaraq, orta və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagird və tələbələri də qatıldı. Yekun konsertdə 250-yə yaxın şagird və tələbə iştirak edir. Seçimlər xalq artistləri, tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən aparıldı. Münsiflər heyətinin qərarı ilə 12 qalib I yerə, 11 qalib II yerə, 10 qalib isə III yerə layiq görüldü. Müxtəlif nominasiyalar üzrə keçirilən festivalın qalibləri Təhsil Nazirliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin diplom və hədiyyələri ilə təltif olunacaqlar. Həmçinin fəal iştirakçılara diplomlar təqdim ediləcək.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az