Əsas səhifə | Xəbərlər | Elmi Şuranın növbəti iclası keçirildi
Elmi Şuranın növbəti iclası keçirildi

Mayın 3-də Sumqayıt Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirildi. Elmi Şuranın sədri professor Elxan Hüseynov Şura üzvlərini salamladı və  Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilən Sumqayıt Dövlət Texniki Kollecinin direktoru Mətanət Pirquliyevaya dosent, Biologiya və onun tədrisi metodikası kafedrasının baş müəllimi Kəmalə İsayevaya isə biologiya üzrə fəlsəfə doktoru diplomlarını təqdim etdi və onlara elmi pedaqoji fəaliyyətlərində uğurlar arzuladı.
IV kurs tələbələrinin yaz imtahan sessiyasına hazırlığın və imtahanların gedişinin vəziyyəti haqqında  Tədris Metodik Mərkəzin direktoru dos. İsabal Qurbanov məruzə ilə ətraflı çıxış edərək imtahanların obyektiv, şəffaf keçirilməsi ilə bağlı hər cür şərait yaradıldığını və yazı işlərinin obyektiv yoxlanılmasına nəzarət olunduğunu diqqətə çatdırdı. 
Kollokviumların, laboratoriya işlərinin və sərbəst işlərin yerinə yetirilməsinin vəziyyəti barədə fakültə dekanları , universitetdə keçiriləcək konfraslara hazırlığın vəziyyəti barədə Elm və innovasiyalar üzrə prorektor  prof. Ramazan Məmmədov ətraflı məlumat verdilər.
Gündəlikdəki məslələr Şura üzvləri tərəfindən müzakirə edildi, qərarlar qəbul olundu. Rektor professor Elxan Hüseynov Elmi Şura üzvlərinə iclasda qəbul olunan qərarların, irəli sürülən vəzifələrin icrası ilə bağlı öz tapşırıq və tövsiyələrini verdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az