Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Heydər Əliyevin həyatı - həyat məktəbidir” mövzusunda elmi-praktik konfrans keçirildi
“Heydər Əliyevin həyatı - həyat məktəbidir” mövzusunda elmi-praktik konfrans keçirildi

Mayın 5-də universitetimizin Heydər Əliyev Mərkəzində “Heydər Əliyevin həyatı - həyat  məktəbidir”   mövzusunda elmi-praktik konfrans keçirildi.  
Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  Universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov bildirdi ki, bu konfranslar gənc nəslə Heydər Əliyevin zəngin ideyalarının yeni üsul və metodlarla tərbiyə edilməsi, dahi şəxsiyyətin irsinin dövlətçilik, azərbaycançılıq konsepsiyasını, idarəçiliyini öyrənmək, öyrətmək, təbliğ etmək məqsədilə keçirilir. Prorektor ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixində və taleyində oynadığı mühüm roldan, misilsiz xidmətlərindən, milli xilaskarlıq missiyasından söz açdı.  Bildirdi ki, 1993-cü ildən başlayaraq ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən xilas oldu, inkişaf edən bir dövlətə çevrildi. Xalqı öz ətrafında birləşdirməklə, dövlətçiliyə qəsd etməyə çalışan daxili və xarici qüvvələrin məkrli niyyətlərinin qarşısına ciddi sipər çəkdi. Ölkədə güclü ordu quruculuğuna nail oldu. Görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələləri də xüsusi yer tutur. Ulu öndər rəhbərlik etdiyi illər ərzində respublikamızda böyük elmi, intellektual kadr potensialının yaradılmasına nail olmuş, ölkəmizin müstəqil yaşaması ücün möhkəm təməl qoymuşdur. Prorektor əminliklə vurğuladı ki, həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ümummilli lider Heydər Əliyevin Azərbaycan naminə gördüyü misilsiz işlər xalqımızın yaddaşında əbədi qalacaqdır. 
Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarıdır”, Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri dosent, əməkdar jurnalist Aftandil Məmmədov “Heydər Əliyev milli-mənəvi dəyərlərimizin hamisidir”, Biznesin təşkili və menecment kafedrasının dosenti Qalib Hüseynov  “Heydər Əliyev dünyada azərbaycanlıların rəmzinə çevrilən lider kimi”, Kimya və onun tədrisi metodikası kafedrasının professoru Muxtar Səmədov “Heydər Əliyevin həyatında siyasi  təzyiqlər dövrü”, Mühəndislik fakültəsinin II kurs tələbəsi Sənan Həsənov “Heydər Əliyev irsi vətənpərvərlik tərbiyəsi məktəbidir”, Kimya və biologiya fakültəsinin II kurs tələbəsi Günel Rəhimova “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev biz gənclərin qəlbində əbədi yaşayacaqdır”, Fizika və elektroenergetika fakültəsinin II kurs tələbəsi Sənan Əhmədov “Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin möhkəm təməl üzərində ucaltdığı əzəmətli abidədir”, Riyaziyyat fakültəsinin III kurs tələbəsi Leyla Hüseynova “Heydər Əliyev Müstəqilliyimizin  Memarıdır” mövzularında çıxış edərək müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyevin müstəqil Azərbaycanın tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat  verdilər. Qeyd etdilər ki, təsadüfi deyildir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizin qızıl dövrü kimi yaddaşlara həkk olunub.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az