Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Əbədiyaşar Öndər” adlı tədbir keçirildi
Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Əbədiyaşar Öndər” adlı tədbir keçirildi

Müstəqil Azərbaycan Respublikasının qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar olaraq universitetimizdə silsilə tədbirlər keçirilir. Məhz bu dahi şəxsiyyətin sayəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa və rifaha qədəm qoymuşdur. Mayın 5-də Kimya və biologiya ilə Fizika və elektroenergetika fakültələrinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Əbədiyaşar Öndər” adlı tədbir keçirildi.
Tədbirdə çıxış edən Kimya və biologiya, Fizika və elektroenergetika fakültələrinin dekan müavinləri Sabir Ələkbərov, Könül Hacıyeva, Kimya və onun tədrisi metodikası kafedrasının müdiri dos.Musa Mustafayev çıxışlarında ümummilli lider Heydər Əliyevin xidmətlərindən, o cümlədən təhsillə bağlı siyasətindən danışaraq, bu siyaətin hazırda prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdilər.
Tələbə Gənclər Təşkilatının sədr müavini Əli Miriyev, Kimya və biologiya fakültəsinin tələbələri Məhəbbət Hüseynov, Gülüzər Xudayarova, Fizika və elektroenergetika fakültəsinin tələbəsi Qivami Səfərəliyev çıxışlarında əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətindən, bu sahədə görkəmli dövlət xadiminin misilsiz xidmətlərindən söz açaraq bildirdilər ki, gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub.  Ümummilli Lider hər zaman gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirib, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verib, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirib. 
Tədbirin sonunda Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olundu.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az