Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Vergilər" mövzusunda tələbə və magistrantlar arasında XI olimpiadaya yekun vuruldu
“Vergilər" mövzusunda tələbə və magistrantlar arasında XI olimpiadaya yekun vuruldu

Ələkbər Məmmədov: Olimpiadanın təşkili tələbə və magistrantların vergi sahəsində biliklərinin formalaşmasına böyük fayda verir.
Vergi siyasətinin şəffaflığı ölkənin kompleks inkişafına təsir edən amillərdəndir. Mayın 5-də Vergilər Nazirliyinin Şamaxıda yerləşən Tədris Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Vergilər” mövzusunda XI olimpiadanın yekun mərhələsi keçirildi.
Ölkəmizin 17 ali məktəbinin 300-dən yuxarı tələbə və magistrantının iştirak etdiyi olimpiadanı Vergilər nazirinin müşaviri, Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədov bildirdi ki, olimpiadanın təşkili tələbə və magistrantların vergi sahəsində biliklərinin formalaşmasına böyük fayda verir. 
Sonra olimpiadanın yekun mərhələsinin iştirakçıları Tədris Mərkəzi tərəfindən hazırlanmış xüsusi test bazası əsasında vergilər sahəsində öz biliklərini yoxladılar. Yekun mərhələ üçün bakalavrlara vergi qanunvericiliyi fənni üzrə 50, magistrlərə isə vergi qanunvericiliyi fənni üzrə 50, vergi inzibatçılığı fənni üzrə 25 sual olmaqla ümumilikdə 75 sualdan ibarət olan fərdi test bazası hazırlandı. Olimpiada onlayn rejimdə keçirildi.Test başa çatdıqdan sonra qonaqlar Tədris Mərkəzi və orada yerləşən Vergi Muzeyi ilə tanış oldular, dərs prosesinin gedişatını izlədilər.  
Nəticələr münsiflər heyətinin iştirakı və nəzarəti altında xüsusi kompyuter proqramları vasitəsilə müəyyən edildi. Olimpiadanın nəticələrinə görə Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin  IV kurs tələbəsi   Pərvin Musayev 3-cü yerə layiq görülərək sertifikat və hədiyyə ilə təltif olundu.
Qeyd edildi ki, ənənəvi olaraq hər il keçirilən olimpiadanın təşkilində əsas məqsəd ali təhsil müəssisələrində təhsil alan tələbələrin vergi sahəsində biliklərinin artırılması, bilik səviyyəsi yüksək olan tələbələrin müəyyən edilməsi, gələcəkdə vergi sahəsi üzrə mütəxəssisərin yetişdirilməsi üçün zəmin yaradılmasından ibarətdir. 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az