Əsas səhifə | Xəbərlər | Tələbələrimiz festivalda qalib oldular
Tələbələrimiz festivalda qalib oldular

Mayın 2-də  ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş ali, orta və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagird və tələbələrinin Respublika bədii yaradıcılıq festivalının yekun konserti keçirildi. Festivalda 14 ali, 17 orta ixtisas, 18 ilk peşə-ixtisas təhsili müəssisəsinin bədii özfəaliyyət kollektivləri iştirak edirdi. Festivalın birinci mərhələsində 1000-ə yaxın şagird və tələbə öz bacarıq və istedadlarını nümayiş etdirdi. Seçimlər xalq artistləri, tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən aparıldı, 250-yə yaxın şagird və tələbə yekun müsаbiqədə iştirak etmək hüququ qazandı. Münsiflər heyətinin qərarı ilə Sumqayıt Dövlət Universitetinin tələbələri Bahar Quliyeva I, Zibeydə Bəşirova III, Ayna Yadigarova, Raqif Əzizov və universitetin xor kollektivi Təhsil Nazirliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin diplom və hədiyyələri ilə təltif olundular. 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az