Əsas səhifə | Xəbərlər | Almaniyanın Lüdviqshafen şəhərinin oberburqomistri rektora təşəkkür məktubu ünvanladı
Almaniyanın Lüdviqshafen şəhərinin oberburqomistri rektora təşəkkür məktubu ünvanladı
Almaniyanın Lüdviqshafen şəhərinin oberburqomistri Almaniya şəhər Bələdiyyələri Assosiasiyasının sədri  Dr. Eva  Lohse Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının 3 may 2017-ci il tarixli qərarı ilə Sumqayıt- Lüdviqshafen şəhərləri arasında qardaşlıq münasibətlərinin inkişafındakı xidmətlərinə, elm və təhsilin tərəqqisinə verdiyi dəstəyə görə Sumqayıt Dövlət Universitetinin Fəxri doktoru adına layiq görülməsi münasibəti ilə  rektor prof. Elxan Hüseynova təşəkkür məktubu ünvanladı. 
Məktubda qeyd olunur:
 
Çox hörmətli cənab Rektor!
Sumqayıt və Reyn sahilindəki Luqviqshafen şəhərləri arasındakı partnyorluğun 40 illiyi münasibətilə keçirilən möhtəşəm bayram tədbirindən dərin təəssüratlarla Almaniyaya qayıtdıqdan sonra bu təntənəli aktın hazırlanmasında əməyi olan Sizə və eləcə də Sumqayıt Dövlət Universitetinin bütün nüfuzlu simalarına səmimi minnətdarlığımı bildirmək istəyirəm.
Bayram tədbirləri çərçivəsində mən xüsusi şərəfə layiq görüldüm və mənə Sumqayıt Dövlət Universitetinin Fəxri Doktoru (Doctor Honorius Causa)  adı verildi. May ayının 4-də keçirilən bayram mərasimində şəxsən Siz mənə bu yüksək mükafatı tədqim etdiniz. Mən bu adımla fəxr edirəm və ifadəolunmaz dərəcədə buna şadam. Mənim ailə üzvlərim bu hörmətdən çox məmnunluqlarını bildirirlər.
Bu şərəfli gün mənim xatirimdə unudulmaz iz qoyacaq. Mən həm də bu hörmətə layiq görülən ilk fəxri doktoram. Mən Sizə bu yüksək qiymətə görə bir daha ürəkdən təşəkkür edirəm. 
Söz verdiyim kimi, mən Luqviqshafen şəhərinin Ali Məktəbinin prezidenti professor doktor Peter Mudra ilə danışıqlara başlayacağam və ali məktəblərimizin Sumqayıt və Luqviqshafen şəhərləri arasındakı dostluğun 40, partnyorluğun 30 illiyi çərçivəsində yaradılacaq əməkdaşlığına çox şadam.
 
Dostluq salamları ilə doktor Eva Lohse
 

PDF formatında bax

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az