Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetin rektoru IV İslam Həmrəyliyi Oyunlarında fəal iştirak edən tələbə-könüllüləri ilə görüşdü
Universitetin rektoru IV İslam Həmrəyliyi Oyunlarında fəal iştirak edən tələbə-könüllüləri ilə görüşdü
Mayın 31-də Sumqayıt Dövlət Universitetində rektor prof. Elxan Hüseynov könüllülərlə görüşdü. Ölkəmizdə keçirilən Avropa Oyunları, Formula-1və IV İslam Həmrəyliyi Oyunları yarışlarında SDU könüllülərinin fəaliyyətini xüsusi qeyd edən rektor onlara təşəkkürünü bildirdi. Rektor Prezident cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində son illər ölkəmizdə ilk Avropa Oyunları, Dünya Şahmat Olimpiadası, “Formula 1” və  IV İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq yarışların böyük uğurla keçirildiyini, bu yarışların yüksək səviyyəli təşkili ilə respublikamızın dünya miqyasında müasir, tolerant bir ölkə kimi tanıdılması  istiqamətində  böyük addımların atıldığını  və Birinci vitse-prezident, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın  rəhbərliyi ilə təşkil olunan  “Bakı-2017” İslamiadanın tarixə ən möhtəşəm idman bayramı kimi daxil olduğunu diqqətə çatdırdı. Bildirdi ki,  54 İslam dövlətinin idmançıları, nümayəndələri 10 gündən artıq Azərbaycanda oldu, bütün İslam dünyasının diqqəti ölkəmizə yönəldi. Ölkəmizin milli komandası ümumi hesabda birinci yeri qazanaraq növbəti tarixi qələbəyə imza atdı.
Rektor onu da qeyd etdi ki, belə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi zamanı qonaqların qəbul olunması, idman sahəsində işlərin görülməsi və fəxri qonaqlara köməklik göstərilməsi kimi müxtəlif vəzifələri icra etmək üçün könüllü tələbələrin xidmətləri əvəzsizdir. Bu məqsədlə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan “Bir” tələbə-könüllü proqramına Azərbaycanın ən layiqli gəncləri toplanaraq ölkəmizi təmsil edirlər. Oyunların yüksək səviyyədə keçirilməsində könüllülərin, o cümlədən SDU-nun tələbələrinin rolu danılmazdır. Könüllülərin fəaliyyətinə IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyeva tərəfindən yüksək qiymət verildiyini diqqətə çatdıran rektor oyunların bağlanış mərasimində Birinci Vitse-prezidentin könüllülərə təşəkkür nitqini xatırlatdı və bildirdi ki, biz də öz növbəmizdə sessiya imtahanı zamanı könüllü tələbələrimizə köməkliyimizi edəcək, dəstəyimizi əsirgəməyəcəyik.
Daha sonra könüllülər öz təəssüratlarını bölüşdülər və onlar üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə dərin təşəkkürlərini bildirdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az