Şəhidlik uca  zirvədir. Bu zirvəni fəth etmək hər insana nəsib olmur. Onlara ölülər deməyin,  onlar diridirlər. Allah məqamında ən uca mərtəbəyə yüksəlmiş cənnət sakinləridir. 
  Azərbaycanın  azadlığı və müstəqilliyi yolunda canından keçən ilk qaraquşlardır 20 Yanvar  şəhidlərimiz. O gecənin tükürpədən amansız qətl hadisəsi nəinki tariximizin,  bütün böyük türk dünyasının unudulmaz faciəsi, ağır dərdi olmaqla bərabər eyni  zamanda xalqımızın qəhrəmanlıq səhifəsidir. Bu qəhrəmanlıq səhifəsi hər il  bütün Türk dünyasında böyük tədbirlərin keçirilməsi ilə anılır, yad edilir. 
  20 Yanvar  şəhidlərinin 25-ci ildönümü ilə əlaqədar yanvarın 17-də universitetin  rəhbərliyi, Universitet Həmkarlar İttifaqı Komitəsi, universitetin şəhid  məzunlarının ailələrinə baş çəkmiş, onlara yardım etmişlər. Əsası ulu öndərimiz  Heydər Əliyev tərəfindən qoyulan şəhid, məcburi köçkün və imkansız ailələrə  daim diqqət və qayğı bu gün də ölkə başçısı İlham Əliyev tərəfindən davam  etdirilməkdədir. 20 Yanvar şəhidlərinin 25-ci ildönümündə respublikamızın bütün  bölgələrində şəhidlərin əziz xatirəsi böyük ehtiramla yad edilir, ailə  üzvlərinə maddi və mənəvi yardımlar edilir. Universitetimizn nümayəndələri,  SDU-nun Həmkarlar İtttifaqının Komitəsinin sədri Turan Cəfərov, universitetin  baş müəllimi, YAP Sumqayıt şəhər Təşkilatının sədr müavini Elmar Xəlilov, Tibbi  hazırlıq və mülki müdafiə kafedrasının müdiri Tahir Xəlilov şəhid  məzunlarımızın ailələrinə baş çəkdilər.
  İlk öncə şəhid   məzunumuz Fuad Əhmədovun ailəsi ziyarət olundu. Universitetin rəhbərliyi  adından ailə üzvlərinə dərin hüznlə başsağlığı verildi. Qeyd olundu ki,  universitet öz şəhid məzunlarını heç vaxt unutmayacaq, onlara daim maddi və mənəvi  dəstək olacaqdır. Ailə başçısı şəhid atası Sədrəddin Əhmədov onlara göstərilən  diqqət və qayğıya görə ailəsi adından ölkə başçısına minnətdarlığını bildirdi  və universitetin nümayəndələrinə təşəkkür etdi.
  Daha sonra ikinci şəhid məzunumuz olan Mehdi  Mehdiyevin ailə üzvləri ziyarət edildi və onlara da universitet tərəfindən  yardım olundu. Şəhid anası Reyhan xanım onlara daim qayğıya görə xüsusən ölkə  başçısı İlham Əliyevə öz təşəkkürünü bildirdi. 
  Universitetin  nümayəndələri üçüncü şəhid məzunumuz Həmzə Əhmədovun ailəsini ziyarət etdi və  rəhbərlik adından onlara maddi yardım göstərildi. Şəhid atası Qardaşxan Əhmədov  20 Yanvar şəhidlərinin 25-ci ildönümündə bu ailəni ziyarət edən universitet  rəhbərliyinə öz təşəkkürünü bildirdi. Qardaşxan kişi onu da vurğuladı ki,  xüsusən son bir ildə universitet rəhbərliyi öz şəhid məzununun ailəsini  unutmur, daim yada salır və hər bir bayramda, anım günündə onlara baş çəkirlər.  Bu diqqət və qayğıya görə universitetin rəhbərliyinə Azərbaycanın azadlığı və  bütövlüyü uğrunda şəhid olan Həmzə Əhmədovun   ailə üzvləri adından bir daha sizə öz minnətdarlığımı bildirirəm. Biz  fəxr edirik ki, Azərbaycanın bir dövlət kimi müstəqil və əbədi edən onun  qurucusu, banisi ümummilli liderimiz   Heydər Əliyevin siyasi kursunun ləyaqətlə davam etdirən İlham Əliyev  kimi nüfuzlu prezidentimiz var. Biz bütün şəhid ataları Prezidentimizlə fəxr  edirik! Itirdiyimiz şəhidlərə görə isə daim bu fikri ifadə edirik : Başın sağ  olsun Vətən !
Sumqayıt Dövlət Universiteti  öz şəhid məzunlarını və onların ailə üzvlərinə daim diqqət və qayğısını  əsirgəməyəcəkdir.
Mətbuat xidməti