Əsas səhifə | Xəbərlər | Müəllim-tələbə heyəti 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə əqli və fiziki qüsurlu uşaqları ziyarət etdilər
Müəllim-tələbə heyəti 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə əqli və fiziki qüsurlu uşaqları ziyarət etdilər
Cəmiyyətin gələcək inkişafının əsasını uşaqlar təşkil edir. Daim qayğıya, şəfqətə ehtiyac duyan uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılması hər bir dövlətin başlı¬ca sosial məsuliyyətlərindəndir. Bu məna¬da 1950-ci il iyunun 1-də Birləşmiş Millət¬lər Təşkilatı Baş Assambleyası tərəfindən təşkil olunan Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər irəli sürülərək qəbul edilmişdir. Həmin tarixdən etibarən dünyanın əksər ölkələrində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur.
Bu gün universitetin müəllim və tələbə heyəti ənənəsinə sadiq qalaraq müqəddəs Ramazan bayramı ərəfəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 7 saylı əqli və fiziki qüsurlu uşaqlar üçün internat evində yaşayan uşaqları ziyarət etdilər.  
Tədbirdə çıxış edən Həmkarlar İttifaqı Komitəsinin sədri dos. Elmar Xəlilov  bu günün əhəmiyyətini qeyd edərək bildirdi ki, 1 iyun bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu, təsadüfi deyil, çünki müasir dövrdə uşaqların problemlərinin həlli, uşaq hüquqlarının qorunması ən aktual vəzifələrdən biridir. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Dövlət başçısı cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan körpələrinin taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 dekabr 2008-ci il tarixli Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürü sayılmalıdır. Bu mühüm kampaniya çərçivəsində respublikamızda uşaq hüquqları sahəsində ardıcıl və məqsədyönlü xarakter daşıyan tədbirlər həyata keçirilmişdir.           Dosent çıxışında onu da vurğuladı ki, uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondu da böyük işlər görür. Fondun uşaqların intellektual və fiziki inkişafında həyata keçirdiyi mühüm layihələrin rolu danılmazdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə qaçqın və məcburi köçkün ailələrindən, eləcə də imkansız, aztəminatlı ailələrdən olan uşaqlara xüsusi diqqət ayrılır. Əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiya olunması istiqamətində tədbirlər də davamlıdır. Bunun nəticəsidir ki, ölkəmizdə ildən-ilə xeyriyyəçilik və humanizm prinsiplərinə dayanan layihə və fəaliyyətlər artır. 
Sonra nümayəndələr əqli cəhətdən qüsurlu və əlil uşaqlar üçün gətirdikləri bayram sovqatını onlara təqdim etdilər, bayram münasibəti ilə təbrik edərək bu ziyarəti özlərinə borc bildiklərini söylədilər. Hədiyyələr uşaqların sevincinə səbəb oldu. 
Tədbir bol əyləncə, bayram əhval-ruhiyyəsi ilə davam etdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az