Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetin rektoru tələbə və magistrantların müdafiəsində iştirak etdi
Universitetin rektoru tələbə və magistrantların müdafiəsində iştirak etdi
Universitet həyatı hər kəsin ömür yolunu işıqlandıran, hər kəsin taleyini  əvvəlcədən müəyyənləşdirən və hər kəsin qəlbində bir iz salan unudulmaz zaman kəsiyidir. Universitet çoxlarını sevinc hissi ilə qarşılayır və xoş xatirələrlə yola salır. Tələbələr, magistrantlar müəllimlərin zəhmətindən pay götürərək ixtisaslı kadr kimi müstəqil həyata qədəm qoyurlar. 
İyunun 21-də Filologiya fakültəsində bakalavr pilləsi üzrə buraxılış işlərinin müdafiəsi keçirildi. Müdafiədə rektor professor Elxan Hüseynov, tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, elm və innovasiyalar üzrə prorektor professor  Ramazan Məmmədov, Doktorantura və magistratura şöbəsinin müdiri  dosent  Sabir   Xəlilov, fakültə dekanı dosent Sevinc Həmzəyeva, kafedra müdirləri, müəllim və tələbələr iştirak etdilər.Məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə Günel İsgəndərova “Məktəbəqədər təhsilin idarəolunma yolları” mövzusunda buraxılış işini müdafiə etdi. İşlə bağlı komissiya üzvləri öz fikirlərini bildirdilər və  buraxılış işinin aktuallığından söz açdılar. Rektor Günel İsgəndərovanın müdafiəsindən razı qaldığını bildirərək, belə yüksək biliyə sahib olan tələbələrin gələcəkdə universitetimizdə ixtisaslı kadr kimi çalışmasını arzuladı. 
Sonra Tarix və coğrafiya fakültəsində magistrantların magistr dissertasiyalarının  müdafiəsi keçirildi.
İdarəetmənin sosiologiyası ixtisaslaşması üzrə Emin Quliyev “Sosial idarəetmədə sistemli təhlil”, Aynur Qurbanova “ Müasir Azərbaycanda idarəetmənin sosial aspektləri: reallıqlar və perspektivlər” adlı dissertasiya işlərini təqdim etdilər.
Azərbaycan fiziki coğrafiyası ixtisaslaşması üzrə Mehman Əliyev “Azərbaycanın dənizsahili ərazilərinin iqlim ehtiyatları və onların rekreasiya imkanlarının tədqiqi”, Gülü Rüstəmli “Böyük Qafqazın cənub–şərq yamacının dağ-çəmən zonasında torpaq eroziyası proseslərinin tədqiqi”, Orxan Nərimanlı “Yan silsilənin yüksək dağlıq qurşağının landşaftlarının aerokosmik məlumatlar əsasında geosistem tədqiqi(Azərbaycanın hüdudlarında)”, İlahə Ələkbərova “İqlim şəraitindən asılı olaraq, böyük şəhərlərin hava hövzəsinin antropogen çirklənməsinin fiziki-statistik üsullarla tədqiqi” mövzularında yazdıqları dissertasiya işlərini müdafiə etdilər.
Universitetin rektoru prof. Elxan Hüseynov bakalavr və magistraturanı bitirən gəncləri təbrik etdi, onların hazırlığını, fikirlərini sərbəst şəkildə əsaslandırdığını yüksək qiymətləndirdi və gələcək fəaliyyətlərində uğurlar arzuladı. 
Gənclər çıxışlarında rektor prof. Elxan Hüseynova təhsil aldıqları müddətdə göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini bildirdilər və burada əldə etdikləri bilik və təcrübənin onların gələcək fəaliyyətlərində mühüm rol oynayacağına əminliklərini ifadə etdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az