Əsas səhifə | Xəbərlər | Kimya və biologiya fakültəsində magistrantlar dissertasiya işini uğurla müdafiə etdilər
Kimya və biologiya fakültəsində magistrantlar dissertasiya işini uğurla müdafiə etdilər
İyunun 23-də  Kimya və biologiya fakültəsində  magistrantların dissertasiya işinin müdafiəsi keçirildi.
Müdafiədə universitetin rektoru professor Elxan Hüseynov,  Elm və innovasiyalar üzrə prorektor professor  Ramazan Məmmədov, Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov, fakültə dekanı dosent Mahal Muradov, müdafiə şurasının sədrləri professor Dursun Aşurov, professor Qafar Ramazanov, kafedra müdirləri, müəllim və magistrantlar iştirak etdilər.
Əsas üzvi sintezin kimyası və texnologiyası  ixtisaslaşması üzrə magistrant Fuad Bəxtiyar “Oksid katalizatorunun iştirakı ilə etilkrezolun bəzi izomerlərinin dehidrogenləşməsinin tədqiqi”, Polimerlərin kimyəvi texnologiyası ixtisaslaşması üzrə Ülviyyə İsmayılova “Epoksinitrillərin fenol-aldehid və epoksid qətranlarına modifikasiyaedici təsirinin tədqiqi”, Yüksəkmolekullu birləşmələr kimyası ixtisaslaşması üzrə Günel Abbaszadə “Tsikolalkil əvəzli metilendioksolanların sintezi və homopolimerləşməsi” mövzusunda  dissertasiya işləri haqqında məlumat verdilər və  sualları əhatəli cavablandırdılar. 
Sonra müdafiə şurasının üzvləri magistrant və dissertasiya işi haqqında fikirlərini söylədilər.
Rektor professor Elxan Hüseynov çıxışında Prezident cənab İlham  Əliyevin  elmin və təhsilin inkişafına göstərdiyi  xüsusi  qayğısından, yüksək elmi biliyə malik kadrların yetişməsinə verdiyi böyük önəmdən bəhs etdi. Bildirdi ki, bu gün professor-müəllim heyətinin  qarşısında  məharətlə müdafiə edən gənclərimiz    ixtisaslı kadr kimi ölkəmizi  beynəlxalq aləmdə layiqincə təmsil edəcək,  parlaq gələcəyimizin təminatçısı olacaqlar və bu  istiqamətdə gənclərin üzərinə böyük  məsuliyyət düşür. Prof.Elxan Hüseynov bu yolda  tələbələrə uğurlar diləyərək, xalqın tərəqqisi, xoş gələcəyi naminə əzmlə  çalışmalarını arzu etdi.
Rektor sonda uğurla müdafiə edən magistrantların universitetdə işlə təmin 
olunmaları məsələsini irəli sürdü və onları əməkdaş olaraq aramızda görmək istəyini bildirdi.  Gənclər də öz növbələrində yaradılan şəraitə görə  universitetin rəhbərliyinə təşəkkür etdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az