Əsas səhifə | Xəbərlər | Əcnəbi Tələbələrin Hazırlıq Mərkəzi 2014-cü ilə uğurla yekun vurdu
Əcnəbi Tələbələrin Hazırlıq Mərkəzi 2014-cü ilə uğurla yekun vurdu

Əcnəbi Tələbələrin Hazırlıq Mərkəzinin kollektivinin gərgin əməyi sayəsində  müvəffəqiyyətlə addımlamaqda davam edir. Mərkəzin müəllim və tələbə heyəti daha bir uğura imza atmaqla 2014-cü ilə yekun vurdu.
Universitetimizdə Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş 112 tələbənin qatıldığı “Ən yaxşı inşa” müsabiqəsində  məhz mərkəzin yetirməsi  məzun Güner  Naciye  Mehmet qızı 3-cü yerə  layiq  görülmüşdür. Universitetimizin rektoru Elxan Hüseynov Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramına həsr olunmuş tədbirdə qalib olan tələbələri, o cümlədən Güner Naciye Mehmet qızını bu münasibətlə təbrik etdi və fəxri fərmanla mükafatlandırdı.
Əməkdaşımız Naciye  Mehmetin uğurunu  paylaşan kollektivə qatılaraq onun sevincini  bölüşdü. Məhz 112 azərbaycanlı tələbə içərisində 3-cü yerə layiq görülməsi ilə  qürur hissi keçirdiyini bildirən Türkiyə Respublikasının vətəndaşı Naciye Mehmet qazandığı uğura görə Azərbaycan dilinin qrammatikasını ona mənimsədən Leyla Əliyevaya, rabitəli nitq verdişlərini  ona aşılayan və bu müsabiqəyə qatılmaqda yaxından dəstək olan Ceyhunə Hüseynovaya dərin təşəkkürünü bildirdi. O, SDU-ya 2006-2011-ci ildə məzun olmuş qardaşı Güner Murat Mehmetin təklifi ilə gəlsə də bu gün universitetdəki təhsilin  keyfiyyətindən, kollektivin diqqət və qayğısından məmnun qaldığını söylədi. Naciye türk adını daşıyan həmyaşıdlarına müraciətlə Atamız Heydərin, Babamız  Atatürkün Böyük Turan idealogiyasını, “iki dövlət, bir millət” prinsipini şüar edərək onların bizlərə ərmağan etdiyi müsəqil dövlətimizi qorumağa və Prezidentimizin ətrafında sıx birləşməyə səslədi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az