Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetindən təqdirəlayiq addım
Sumqayıt Dövlət Universitetindən təqdirəlayiq addım

Sumqayıt Dövlət Universitetinin Ritorika Universal Klubu "Reduco" Tədris Mərkəzinin təşkilati dəstəyi ilə "20 Yanvar həqiqətlərini İctimaiyyətə 5 dildə çatdırırıq" adlı  tədbir təşkil etdi.
Gəncləri maarifləndirmək və onların intellektual inkişafını təmin etmək üçün müxtəlif layihələri ilə diqqət mərkəzində olan Ritorika Universal Klubunun komandası bu dəfə öz vətəndaşlıq borclarını yerinə yetirmək üçün bir araya gəldilər.
Ritorika Universal Klubunun "Reduco" Tədris Mərkəzində təşkil etdiyi "20 Yanvar həqiqətlərini ictimaiyyətə 5 dildə çatdırırıq" adlı tədbirində Sumqayıt şəhər İdman və Baş İdarəsinin Gənclərlə İş sektorunun Baş məsləhətçisi Ceyhun Hüseynov, Sumqayıt Dövlət Universitetinin tələbələri, "Reduco" tədris mərkəzinin nümayəndələri və Sumqayıt Dövlət Texniki Kollecinin müəllimi Afət xanım və həmin kollecin tələbələri iştirak etdilər.
Tədbirdə Ritorika Universal Klubunun sədri, SDU-nun Kimya və Biologiya fakültəsinin IV kurs tələbəsi Arzu Nəbizadə, sədr müavini, Tarix fakültəsinin tələbəsi Elvin Gülməmmədov, komanda üzvləri- Kimya və Biologiya fakültəsinin II kurs tələbəsi İshaq Mahmudov, Tarix fakültəsinin I kurs tələbəsi İsmayıl Faxtıyev və Sumqayıt Texniki Kollecin IV kurs tələbəsi Nərgiz Bağırova azərbaycan dilində, İdarə Heyətinin üzvlərindən SDU-nun İqtisadiyyat və İdarəetmə fakültəsinin IV kurs tələbəsi Zaur Quliyev və Kimya və Biologiya fakültəsinin IV kurs tələbəsi Pərvin Qocayeva ingilis, rus və ərəb dillərində, komanda üzvü Kimya və Biologiya Fakultəsinin II kurs tələbəsi Aynurə Fərhadova isə alman dilində çıxış edərək 20 Yanvar həqiqətlərindən danışdılar.
Sonda tədbirin fəxri qonaqları Ceyhun Hüseynov və Afət xanım belə tədbirlərin gənclər tərəfindən təşkil edilməsinin təqdirəlayiq təşəbbüs olduğunu vurğuladılar və gənclərə bu işlərində uğurlar arzuladılar.
Qeyd edək ki, bu tədbir Ritorika Universal Klubunun "Reduco" Tədris Mərkəzi ilə birgə əməkdaşlığı çərçivəsində keçirdiyi ilk tədbirdir.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az