Universitetimizin kollektivi  tələbələrimizin  vaxtsız vəfatından kədərləndiyini bildirir, ailələrinə səbr diləyir
						
						 Avqustun 16-da Sumqayıt şəhər Corat  qəsəbəsi yaxınlığındakı çimərlikdə Sumqayıt Dövlət Universitetinin  3-cü kurs tələbələri  Sadıqov Elməddin Fəzail oğlu  və Vəliyev Qürbət Məhəmməd oğlunun  cəsədləri Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri  tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilmişdir.
Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov, professor-müəllim və tələbə heyəti   dünyasını dəyişmiş tələbələrin faciəvi şəkildə vəfatından kədərləndiklərini bildirir, ailələrinə dərin hüznlə başsağlığı verir.
Mətbuat xidməti