Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Elmi Şuranın iclası keçirildi
Elmi Şuranın iclası keçirildi

Yanvarın 28-də SDU-nun Elmi Şurası səs çoxluğu ilə öz işinə başladı. İclası giriş sözü ilə açan sədr Elxan Hüseynov elmi şura üzvlərini salamladı, SDU-nun son zamanlar əldə etdiyi uğurlarından, nailiyyətlərindən danışdı.
Öncə sədr Elxan Hüseynov Neft kimyası və kimya texnologiyası kafedrasının müəlliməsi Pəri Turabxan qızı Şahtaxtinskayanı dosent diplomu alması münasibəti ilə təbrik  etdi.
Elmi hissənin müdiri, dosent Anar Namazov 2014-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin hesabatını slayd vasitəsilə təqdim etdi.
Elm və innovasiyalar üzrə prorektor, professor  Ramazan Məmmədov  son zamanlar universitetimizin pedaqoji kadrlarının elmi fəaliyyətlərində məsuliyyətlərinin artırılması istiqamətində görülən işlərdən danışdı.  Qeyd etdi ki, SDU-da nəşr olunan Elmi xəbərlər jurnalının nəfis tərtibatı artıq bir çox universitetlərin ziyalılarının diqqətini cəlb edib və elmi məqalələrini jurnalımızda dərc etmək üçün müraciət edirlər. Bu da bizim üçün yaxşı göstəricidir.
Humanitar məsələlər üzrə prorektor, dosent Nizami Namazov Universitetdə keçirilmiş ictimai-siyasi tədbirlər haqqında ətraflı məlumat verdi.
Rektor Elxan Hüseynov prorektor, dosent Nizami Namazov və dosent Anar Namazovun il ərzində gördükləri işlərdən  və hesabatlarından razı qaldı və onlara öz təşəkkürünü bildirdi.
Elmi katib, dosent Aqil Hüseynov Elmi Şuranın qərarlarının yerinə yetirilməsi barədə iclas iştirakçılarına məruzə ilə çıxış  etdi.
Qarşıda duran cari məsələlərin müzakirəsi zamanı Sədr qərara aldı ki, tarix boyu ermənilərin xalqımıza qarşı törətdiyi cinayətləri, dədə-baba yurdlarımızın, tarixi abidələrimizin ermənilər tərəfindən qəsb olunmasını gənc nəslin yaddaşına həkk etdirmək  üçün görkəmli ziyalılarımızın qələmə aldığı tarixi araşdırmaları universitetimizin  saytında yerləşdirilsin.
Sədr Elxan Hüseynov iclasda universitetimizdə keçiriləcək konfransların yüksək səviyyədə təşkil olunması üçün göstəriş verdi.
Sonda gündəlikdə duran qərarlar yekdilliklə qəbul edildi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az