Əsas səhifə | Xəbərlər | Təhsil naziri cənab Mikayıl Cabbarov Sumqayıtda vətəndaşları qəbul etdi
Təhsil naziri cənab Mikayıl Cabbarov Sumqayıtda vətəndaşları qəbul etdi

Təhsil naziri cənab Mikayıl Cabbarov sentyabrın 30-da Sumqayıt  şəhərinə səfər etdi.
Öncə nazir Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovla görüşdü, onlar xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzdülər, əziz xatirəsini ehtiramla yad etdilər. 
Sonra təhsil naziri cənab Mikayıl Cabbarov Sumqayıt  şəhərindəki Heydər Əliyev Mərkəzində Abşeron, Zəngilan, Kəlbəcər Qubadlı və Sumqayıt  sakinlərini qəbul etdi. Müvafiq şəhər və rayonların təhsil şöbələri müdirlərinin, həmçinin nazirliyin digər əlaqədar struktur rəhbərlərinin də qatıldıqları qəbulda  ümumilikdə 50-dək vətəndaşın müraciətinə baxıldı.
Mərkəzin konfrans zalında keçirilən qəbulda iştirak edən vətəndaşların müraciətlərinə əsasən tələbələrin ali və orta ixtisas məktəbindən digərinə köçürülməsi, müəllim yerdəyişmələri, işlə təminat, ali təhsil müəssisələrində ödəniş problemləri və s. məsələlər müzakirə olundu.
Nazir qəbula gələn hər bir vətəndaşı fərdi dinlədi, bir çox müraciətlər yerindəcə həllini tapdı. Bir sıra məsələlərlə əlaqədar nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi, bəziləri isə araşdırılması məqsədilə nəzarətə götürüldü. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyatı orqanlara çatdırılması üçün qeydiyyata alındı.
Qəbula gələnlər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razı qaldıqlarını söylədilər, yaradılan şəraitə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az