Əsas səhifə | Xəbərlər | “2 fevral-Respublika Gənclər günü”nə həsr olunmuş tədbir keçirildi
“2 fevral-Respublika Gənclər günü”nə həsr olunmuş tədbir keçirildi

Sumqayıt Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqının təşkilatçılığı ilə "2 fevral-Respublika Gənclər günü”nə həsr olunmuş tədbir keçirildi.
Universitetin rəhbərliyi və tələbələr foyedə ucaldılmış Ulu Ündərin abidəsi önünə gül dəstələri düzdülər.
“Gənclər günü”nə həsr olunmuş bayram şənliyi universitetin “Gənclik” kafesində davam etdirildi.
Əvvəlcə Tələbə Həmkarlar İttifaqının sədri Nemət İbayev gəncləri bayram münasibətilə təbrik etdi.   Bildirdi ki, Azərbaycanda ölkə rəhbərliyi tərəfindən gənc nəslə olan qayğı hər zaman diqqət mərkəzində olmuş və hazırda günü-gündən artmaqdadır. Ulu öndərimiz Heydər Əliyevin gəncliyə göstərdiyi   qayğının bir təzahürü  kimi fevral ayının 2-i respublikamızda “Azərbaycan Gəncləri günü” elan olunmuşdur. 1997-ci ildən bəri hər il fevral ayının 2-si respublikamızın gəncləri bu günü qeyd edirlər. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunmağa başlanmışdır. Bu baxımdan da Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov  davamlı olaraq  gənclərə diqqət və qayğısını əsirgəmir və  biz gəncləri qazandığımız uğurlara görə mükafatlandırır. Nemət İbayev gənclər üçün yaradılan şəraitə görə universitetin rəhbərliyinə minnətdarlığını bildirdi.
Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Nizami Namazov vurğuladı ki, Gənclər Gününün, eləcə də Azərbaycanda gənclər siyasətinin banisi, bütün həyatını Azərbaycanın inkişafına, tərəqqisinə həsr etmiş ümummilli lider  Heydər Əliyevdir. O, həmişə gənclərimizə böyük ümidlər bəsləmiş, dəfələrlə qeyd etmişdi  ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Respublikaya rəhbərliyinin bütün dövrlərində ulu öndər sağlam əqidəli  gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə  xüsusi diqqət yetirirdi. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün öz fəaliyyətində Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlıqlarının artırılması, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görür. 2007-ci ilin «Gənclər ili» elan edilməsi ölkə tarixində əlamətdar bir hadisə oldu. 2011-ci  ildə dövlət başçısının sərəncamı ilə «Azərbaycan Gəncliyi Dövlət Proqramı» təsdiq olunmuş, Gənclər Fondu yaradılmışdır. Gənclərin sosial problemlərinin həlli istiqamətində mühüm işlər həyata keçirilir.  Bu gün Sumqayıt Dövlət Universiteti daim gənclər siyasətini dəstəkləyir və bu dəstək universitetin tələbələrinin həyatında mühüm rol oynayır.
Tarix və coğrafiya fakültəsinin Həmkarlar İttifaqının sədri  Vaqifli Fərid
Azərbaycan gəncliyi ictimai həyatın bütün istiqamətlərində aktiv fəaliyyəti ilə seçildiyini  və  siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynadığını söylədi. Qeyd etdi ki, bugünün gənci Azərbaycan  həqiqətlərini dünyaya tanıdan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın simasında Azərbaycan gəncləridir.
Tədbirdə ictimai işlərdə fəal xidmət göstərdiyinə görə Vaqifli Fərid, Səmədli Nurlan, Niftalızadə Nərmin, Həsənli Mirşamxal Fəxri Fərmanla təltif olundular.
Bayram şənliyi  Ruhiyyə Əhmədovanın rəhbərliyi altında “Səma” rəqs qrupunun  və “Bəyaz” instrumental ansamblının ifasında maraqlı musiqi və rəqs nömrələri ilə davam etdirildi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az