Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Karyera günü”: təlim-seminar
“Karyera günü”: təlim-seminar

Oktyabrın 18-də universitetdə Karyera Mərkəzinin təşkilaçılığı ilə Azərsun Holdinqin “Karyera günü” mövzusunda təlim-seminarı keçirildi. Tədbiri Karyera Mərkəzinin müdiri Zahid Bünyadov açaraq qonaqları, tələbələri salamladı və bildirdir ki, mərkəz tələbələrin özünü inkişafı üçün müxtəlif  ixtisasyönümlü təlimləri, karyera treninqləri keçirməklə dəyərli mütəxəssislərlə tələbələrin bilavasitə ünsiyyətini təşkil edir.
Azərsun Holdinqin Texniki nəzarət şöbəsinin müdiri Cavanşir Ağarızayev çıxışında qeyd etdi ki, qida sektorunda, Azərbaycanın istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan "Azersun Holdinq" və tərkibində fəaliyyət göstərən zavodlar güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə sahibdir. Şirkət müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma prinsipləri ilə xalqa xidmət etməkdədir. 
Şirkətin işə qəbul şöbəsinin mütəxəssisi Ülvi Gülüşov isə holdinqdəki mövcud vakansiyalar, təcrübə proqramları və karyera imkanları haqqında geniş məlumat verərək, CV yazma üsulları, müsahibə zamanı davranış qaydaları və namizədin müsahibəyə psixoloji hazırlığına dair məsləhətlər verdi. 
Tələbə və məzunlara müsahibə üsullarını göstərən videoçarx nümayiş etdirildi. 
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az