Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyinə həsr olunmuş badminton yarışlarına start verildi
Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyinə həsr olunmuş badminton yarışlarına start verildi

Elxan Hüseynov:Azərbaycan beynəlxalq səviyyəli mötəbər yarışların təşkilində yüksək təcrübəyə malik ölkələr sırasındadır
Bu gün Azərbaycanın nüfuzlu ali təhsil ocaqlarından biri kimi cəmiyyətin elmi-intellektual potensialının inkişafına əvəzsiz töhfələr verən, Sumqayıt Dövlət Universiteti 55 illik yubileyi ərəfəsindədir. Yubiley  münasibətlə universitetimizdə silsilə tədbirlər gerçəkləşir, bu günlərdə idmanın 6 növü ( mini-futbol, dama, voleybol, stolüstü tennis, atıcılıq, badminton) üzrə spartakiadaya start verildi. 
Sağlam cəmiyyət sağlam gələcək deməkdir. Sağlam cəmiyyəti formalaşdırmağın yolu, elə  idmandan keçir. Bu gün idmanımız yüksələn xətlə ildən-ilə inkişaf edərək  uğurlu nəticələrə nail olur. Prezident cənab İlham Əliyevin “Bizim istəyimiz idmançılarımızın beynəlxalq yarışlarda qələbə qazanaraq medallar əldə etmələri ilə yanaşı sağlam böyümələridir» fikrini rəhbər tutan universitetimizin rektoru professor Elxan Hüseynov  gənclərimizin nəinki elm, savad almalarına, idman sahəsinə də böyük diqqət və qayğı göstərir. Tələbələrimiz hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr əldə edirlər.  Çox sevindirici haldır ki, Azərbaycanın qələbələr xəzinəsində Sumqayıt Dövlət Universitetinin idmançı tələbələrinin də payı var. Onlar respublikamızın idman şərəfini uca tutur, üçrəngli bayrağımızı göylərə qaldırırlar.
Oktyabrın 20-də fakültələr arasında badminton idman növü üzrə yarış keçirildi. Universitetin rektoru professor Elxan Hüseynov yarışın gedişatını izlədi. Yarışda Fizika və elektroenergetika fakültəsinin IV kurs tələbəsi Emin Əsgərov Kimya və biologiya fakültəsinin II kurs tələbəsi Məmmədbağır Axundov qüvvələrini sınadılar və Kimya və biologiya fakültəsinin tələbəsi qalib gəldi.
Rektor qalib tələbəni təbrik etdi. Bildirdi ki, sağlam həyat tərzinə və idmana marağın artması istiqamətində gerçəkləşən layihə təkcə fiziki sağlamlıq üçün deyil, həm də gənclərin mənəvi tərbiyəsi, onların vətənpərvərlik ruhunda yetişdirilməsi üçün böyük əhəmiyyət daşıyır. Ölkəmizdə idman siyasətinin təməlinin Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu siyasətin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən rektor bu gün Azərbaycanın beynəlxalq səviyyəli mötəbər yarışların təşkilində yüksək təcrübəyə malik ölkələr sırasında olduğunu vurğuladı. Paytaxtımızda Avropa və dünya çempionatları, Dünya kuboku yarışları yüksək səviyyədə təşkil olunur.
Bu sahədə Təhsil Nazirliyi  dövlət siyasətinin prioritet istiqamətlərindən biri sayılan idmanın yeniyetmə və gənclər arasında kütləviliyini artırmaq, onların asudə vaxtlarının daha səmərəli və mənalı keçirmələri üçün xüsusi diqqət ayırır. İdmanla bağlı bir çox təşkilatlarla əməkdaşlıq edən Təhsil Nazirliyinin bu istiqamətdə apardığı işlər, reallaşdırdığı tədbirlər olduqca təqdirəlayiqdir. Cənab Mikayıl Cabbarovun Azərbaycan Badminton və Qılıncoynatma Federasiyalarının prezidenti seçilməsindən sonra ölkəmizdə idmanın bu növlərinin inkişafı və kütləviliyinin artırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.
Rektor çıxışının sonunda spartakiadada mübarizə aparan tələbələrə uğurlar arzuladı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az