Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universiteti öz qapılarını tələbələrin üzünə yenidən açdı
Sumqayıt Dövlət Universiteti öz qapılarını tələbələrin üzünə yenidən açdı

Yeni tədris ilinin başlanması ilə əlaqədar sentyabrın 15-də SDU-da təntənəli  bayram tədbiri keçirildi.
Universitetin rəhbərliyi və professor müəllim heyəti ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini yad etdilər.  Mərasim  Azərbaycan dövlət himninin səsləndirilməsi ilə açıq elan olundu.

Öncə SDU-nun rektoru Elxan Hüseynov tədbirdə iştirak edən tələbələri, valideynləri, professor-müəllim heyətini salamlayaraq onları bu əlamətdar gün münasibəti ilə təbrik etdi. Elmin cığırlarında ilk addımlarını atan tələbərə bu məsuliyyətli və şərəfli yolda uğurlar arzuladı.
Rektor SDU-nun adının daha da yüksəlməsində tələbələrin əsas rolu olacaqlarını diqqətə çatdırdı. Ulu öndərin təhsillə bağlı müdrik kəlamlarını xatırlayaraq bildirdi ki, “hər bir dövlət istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o, mütləq hər  şeydən  çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır.” Ulu öndərin rəhbərliyə başladığı dövrdən ali və orta ixtisas təhsil müəssisələri daim diqqət mərkəzində olmuşdur. 1969-cu illə müqayisədə 1982-ci ildə respublikada ali təhsil müəssisələrinin sayı 12-dən 17-yə, tələbələrin sayı 70 mindən 100 minədək artmışdır . Müdrik rəhbər respublikanın ehtiyacı olan ixtisaslar üzrə Azərbaycandan kənarda ali təhsilə xüsusi önəm vermişdir.
Rektor Elxan Hüseynov SDU-nun tarixinə qısa nəzər salaraq bildirdi ki, universitet Ümummilli lider Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 saylı fərmanı ilə fəaliyyət göstərir. Bu müdrik siyasi xadimin əsas məqsədi millətini   savadlı, bacarıqlı və böyük siyasi-iqtisadi gücə malik bir dövlət kimi qüdrətli dövlətlər sırasında görmək  idi, buna da nail oldu.
Bu gün ulu öndərin uzaqgörən siyasi kursunun mübariz davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri hesab edir. Cənab prezident İlham Əliyevin “təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir” konsepsiyası isə cəmiyyətin inkişafında yeni zəmin yaratmaqla yanaşı, dövlət başçısının bu uzaqgörən siyasətini  bir daha təsdiqləyir: “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir”.
Rektor onu da vurğuladı ki, SDU bütün sahələrdə maddi-texniki bazasını müsair standartlara cavab verən səviyyəyə  yüksəldərək  yeni tədris ilinə mükəmməl şəkildə hazırlaşmışdır.
Sonra statistik məlumatları diqqətə çatdıran rektor qeyd etdi ki, bu il SDU-ya 1239 tələbə  qəbul olunmuşdur.
Sonra yüksək balla qəbul olunmuş bakalavr və magistrantlara tələbə biletləri və müvəffəqiyyət kitabçaları təqdim olundu.
Sonra tələbələr adından  çıxış  edən 628 bal toplamış Abbasova Əfsanə SDU-ya qəbul olunmağından böyük qürur hissi keçirdiyini bildirərək, bu təhsil ocağında təhsil alacaq tələbələri yeni dərs ili mübasibətilə təbrik etdi.
Təbrik üçün söz alan ümumi fizika kafedrasının müəllimi Səməndər Məmmədov qeyd etdi ki, keçən il bir nəvəm bu ali təhsil ocağına qəbul olmuşdur. Xoşbəxtlikdən bu il də daha bir nəvəm bura daxil olmuşdur. Mən sevinirəm ki, nəvəm belə bir ali təhsil müəsissəsində təhsil alacaq. Son bir il ərzində universitetdə görülən böyük yenidənqurma işlərindən bəhs edərək yaradılan yüksək səviyyədən məmnun qaldığını və buna görə də rəhbərliyə öz minnətdarlığını bildirdi.  
Çıxış üçün söz alan Əvəz Mahmud Lələdağ da tələbəri və professor- müəllim heyətini təbrik edərək bu ali təhsil ocağında yüksək maddi texniki bazanın yaradıldığını, güclü elmi potensiala malik professor-müəllim heyətinin olduğunu bildirdi və yeni qəbul olunan tələbələri bu elmi gücdən bəhrələnməyə çağırdı.
Mərasimin sonunda rektor yuksək balla qəbul olunmuş bir qrup tələbələrin valideynləri ilə görüşərək belə bir savada malik övlad böyütdüklərinə görə onlara təşəkkür etdi. Eyni zamanda 628 balla  qəbul olunmuş Əfsanə Abbasovanın  valideyni Əli Abbasova da öz minnətdarlığını bildirdi. Əli Abbasov öz ürək sözlərini bildirərək qeyd etdi ki, universitetin son bir ildəki uğurları və burada yüksək şəraitin sorağı bizim İmişli rayonuna da gəlib çatıb. Məhz buna görə də övladım bu universitetdə təhsil almaq arzusunda olmuşdur. Sizə və kollektivinizə bu  uğurlar arzulayıram.
Beləcə, SDU öz qazandığı uğurlarına, nailiyyətlərinə, professor-müəllim heyətinin elmi potensialına güvənərək qapılarını yeni ümidlərin, arzuların  arxasınca  gələn tələbələrin üzünə açdı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az