Sumqayıt  Dövlət Universitetinin  Fakültə Tələbə Elmi Cəmiyyətinin  elmi rəhbərlərinin iştirakı ilə iclas  keçirildi. 
  Tədbiri SDU-nun TEC-nin rəhbəri İslam Paşayev  açaraq gündəlikdə duran məsələləri müzakirəyə çıxardı:
  1. "Enactus  2014-2015"  layihəsi çərçivəsində  təlimlərdə iştirak edəcək  seçilmiş nümayəndə heyyətinə tövsiyələr;
  2.Fakültə TEC-nin elmi rəhbərlərinə I kurs  tələbələrinin TEC üzvülüyünə qəbulu, yanvar semestrindən sonra fəal TEC  üzvülərinin siyahısının tərtibi və onların mükafatlandırılması;
  3. TEC  elmi rəhbərinin Fakültələr üzrə  nəzərdə tutulan tədbirlərin tarixinin Fakültə TEC-nin elmi rəhbərləri  ilə  razılaşdırılması;
  4. SDU-nun  Fakültələr üzrə TEC  üzvlərinin professor-müəllim heyəti ilə  birlikdə  Rusiyanın Voronej şəhərində  keçirilən "XXI əsrin Gənclik və Elm: nailiyyətlər və perspektivlər"  adlı  Beynalxalq elmi-praktiki  konfransına göndərilən məqalələrin fakültələr üzrə   müzakirəsi oldu.
TEC-in  rəhbəri İslam Paşayev  "Enactus  2014-2015"  layihəsi çərçivəsində  Biznes Akademiyasında təlimlərdə iştirak edən  tələbələri təbrik etdi. O, bildirdi  ki, artıq "Enactus   2014-2015" proqramının mənimsənilməsində iştirak etmək üçün  yanvarın 30-da yola salınan Hacıyev      Zaur,  Umudlu Fərid, Qocayev Fəqan,  Əliyeva  Nəcimə layihədə fəal iştirak etdilər. Layihədə iştirak edən  İqtisadiyyat və idarəetmə fakültəsinin 773  saylı qrupunun tələbəsi Əliyeva Nəcimə proqramların mənimsənilməsində aktiv  tələbələr və ən aktiv komanda seçimində fərqlənərək “Enactus 2014-2015” proqramının rəhbərliyi  tərəfindən mükafatlandırılmışdır.
Mətbuat xidməti