Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı keçirildi
“Bir” Tələbə-Könüllü Proqramının təqdimatı keçirildi

Oktyabrın 26-da universitetimizdə “Bir” Tələbə-Könüllü Proqramının birinci kurs tələbələri üçün növbəti təqdimatı keçirildi. Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbirin əvvəlində Azərbaycanın dövlət himni səsləndirildi.
Təqdimatda Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının ümumi işlər üzrə əlaqələndiricisi Canoğlan İlyasov proqram haqqında ətraflı məlumat verərək ölkədə vahid tələbə könüllü bazasının yaradılması, inkişaf etməsi və təcrübə qazanması üçün Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradıldığını, 36 ali və orta ixtisas təhsili müəssisəsində fəaliyyət göstərdiyini və 20 mindən çox tələbəni əhatə etdiyini bildirdi.  Qeyd etdi ki, proqramın həyata keçirilməsində məqsəd tələbələrə könüllülüyün aşılanması, təbliğat - təşviqat işlərinin aparılması, tələbə-könüllülər üçün təlim-tədris proqramları və kurslarının təşkil olunması, tələbə-könüllülərin dövlət və ictimai mədəni-kütləvi tədbirlərdə iştiraklarının təmin olunması, özəlliklə ölkəmizin adının beynəlxalq aləmə çıxarılmasına yönələn tanıtım proqramlarına cəlb edilməsidir. Bu gün ölkəmizdə bir çox irimiqyaslı tədbirlərin təşkilində və həyata keçirilməsində tələbə-könüllülər böyük rol oynayırlar. 
Tədbir proqramın universitetdəki koordinatorlarının maraqlı çıxışları ilə davam etdi.  “BİR” Tələbə-Könüllü Proqramının SDU üzrə koordinatoru, Tarix və coğrafiya fakültəsinin II kurs tələbəsi Aytac Göyüşova çıxış edərək tələbələri könüllü olmağa, ölkəmiz və gələcəyimiz üçün birləşməyə, yerli və beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil etməyə çağırdı.
Sonda tələbələr üçün əyləncəli viktorina keçirildi. İnteraktiv üsulla keçirilən təqdimatlar zamanı tələbələr könüllülük haqqında fikirlərini bölüşdü, kreativ təşəbbüslərlə çıxış etdilər. Tələbə-gənclərin proqramla bağlı sualları cavablandırıldı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az