Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Fizika və elektroenergetika fakültəsinin III kurs tələbəsi beynəlxalq layihədə ölkəmizi təmsil etdi
Fizika və elektroenergetika fakültəsinin III kurs tələbəsi beynəlxalq layihədə ölkəmizi təmsil etdi

Universitetimizin Tələbə Gənclər Təşkilatının sədri, Fizika və elektroenergetika fakültəsinin III kurs tələbəsi Nicat Hüseynov Gürcüstan Respublikasının Bazaleti əyalətində “Şərq Tərəfdaşlığı” ölkələrinin gənclərinin qatıldığı beynəlxalq layihədə ölkəmizi təmsil etdi.
Məlumat üçün deyək ki, “İncəsənətlə birləşən gənclər” Avropa birliyinin maliyələşdirdiyi və şərq tərəfdaşlığı ölkələrinin iştirak etdiyi bir layihədir.
“İncəsənətlə birləşən gənclər” (Connecting Youth Through Art: EU-EaP Summer Camp 2017) layihəsi Gürcüstan Respublikasının  Gənclər və İdman Nazirliyi tərəfindən həyata  keçirilir. Layihədə müxtəlif ölkələrin incəsənət növləri, mədəniyyətlərindən  bəhs olundu. Hər ölkə öz mədəniyyət nümunələrini - milli yeməkləri, rəqsləri və. s  nümayiş etdirdi. Gürcülərin mədəniyyət günləri də qeyd edildi. Şərq tərəfdaşlığı ölkələrinin birlikdə keçirdiyi layihədə  ümumilikdə 10 ölkədən 100-ə yaxın gənc iştirak etdi. 
Azərbaycanlı gənclər də öz növbəsində layihə zamanı öz təqdimatlarını-Azərbaycan musiqisi, milli mətbəximiz, milli rəqslərimiz, şirniyyatlarımızı, suvinerlərimizi təqdim etdilər. 
Layihənin sonunda tələbəmiz sertifukata layiq görüldü.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az