Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | BMT-nin İnkişaf Proqramının ekspertləri tələbələrimizlə görüşdü
BMT-nin İnkişaf Proqramının ekspertləri tələbələrimizlə görüşdü

Noyabrın 10 –da universitetdə BMT-nin İnkişaf Proqramının ekspertləri ekoloji maarifləndirmə məqsədi ilə tələbələrlə görüş keçirdi.
Görüşdə BMT İP-nin ekspertləri- Həsən Hüseynli,  Sevda Xəlilova, Elxan Məmmədov və tələbələr iştirak etdilər.
Tədbiri giriş sözü ilə Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov açaraq civə təhlükəsizliyi barədə ekoloji maarifləndirici tədbirlərin keçirilməsinin ətraf mühitin mühafizəsi, gələcək nəsillərə çatdırılması, onun qorunmasının sağlam həyat baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.
Ekspert Həsən Hüseynli konvensiyanın ayrı-ayrı maddələrini ətraflı şərh edərək Azərbaycanda bu sahədə olan vəziyyət barədə iştirakçıları məlumatlandırdı. Qeyd etdi ki, Minamata Konvensiyasının məqsədi insanların sağlamlığının və ətraf mühitin antropogen təsirlər nəticəsində atılan civə və onun birləşmələrindən qorunmasıdır.Azərbaycan civə üzrə Minamata Konvensiyasına hələlik qoşulmasa da,onun əhəmiyyətini dərk edir və ölkədə bu istiqamətdə işlər aparılır. Təbii ki, belə tədbirlər gənc nəsildə təbiətə sevgi, ekologiyaya diqqət və qayğının göstərilməsində xüsusi vərdişlər aşılayır.
Tədbirin sonunda BMT İnkişaf Proqramının ekspertləri Həsən Hüseynli,  Sevda Xəlilova, Elxan Məmmədov tələbələri maraqlandıran sualları cavablandırdılar.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az