Fevral ayının 5-də SDU-nun Bədən Tərbiyəsi və İdman  kafedrasının yarış zalında qadın əməkdaşların fakültələr arası dama üzrə  spartakiyadasının açılışı oldu. 
  Yarışı universitetin İqtisadi məsələlər üzrə prorektoru Naib  Hacıyev açaraq universitetin rektoru adından iştirakçıları salamladı və onlara  uğurlar arzuladı.        Prorektor qeyd  etdi ki,  əsası  Ümummilli Liderimiz tərəfindən qoyulmuş gənclər  siyasəti onun layiqli davamçısı  Prezidentimiz  cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin potensialından  ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların məşğulluğunun  təmin edilməsi, dövlət idarəçilik sistemində iştirakının gerçəkləşdirilməsi, gənclər  və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyətini asanlaşdırmaq məqsədilə  ölkəmizdə kifayət qədər işlər görülmüş və layihələr həyata keçirilmişdir.  2005-ci ildə ölkə başçısı tərəfindən  “  Azərbaycan Gəncliyi Dövlət Proqramı” imzalandı. Dövlət Gənclər siyasətinin tərkib  hissəsi olaraq, Respublikanın hər yerində olduğu kimi Sumqayıtda da gənclərə  ehtimad göstərilir. Şəhərin sosial-iqtisadi inkişafında və ictimai-siyasi həyatında  fəal iştirak edənlərin böyük hissəsini gənclər təşkil edir. Bu gün təhsil, səhiyyə,  mədəniyyət və digər sahələrdə çalışan gənclərimiz üzərlərinə düşən vəzifələri  layiqincə yerinə yetirməyə çalışırlar. Bunun nümunəsi olaraq Sumqayıt Dövlət  Universitetində də gənclərə hər bir sahədə qayğı göstərilir. Universitetin rəhbərliyi  əməkdaşların asudə vaxtlarının səmərəli keçməsi üçün yüksək şərait yaratmaqla  onların hər birinə böyük qayğı göstərir. Bu gün start götürən bu yarış da əməkdaşların  asudə vaxtlarının mənalı keçməsinə xidmət edir. Dama üzrə yarışda yeddi fakültənin  əməkdaşları təmsil olundu və 2 saatdan artıq davam edən gərgin və maraqlı  yarışda əməkdaşlar aşağıdakı yerləri tutdular:
1-ci yeri Riyaziyyat fakültəsi
  2-ci yeri Filologiya fakultəsi
  3-cü yeri İqtisadiyyat və idarəetmə fakultəsi
  4-cü yeri Fizika və elektroenergetika fakultəsi
  5-ci yeri Kimya və biologiya fakultəsi
  6-cı yeri Mühəndislik fakultəsi
  7-ci yeri isə Tarix və coğrafiya fakültəsinin qadın əməkdaşları  qazandılar.
Fevral ayının 10-11-də şahmat, 12-13-də isə nərd üzrə yarışlar davam edəcəkdir. Yarışların sonunda qaliblər mükafatlandırılacaq.
Mətbuat xidməti