Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Elmi Şuranın növbəti iclası keçirildi
Elmi Şuranın növbəti iclası keçirildi

Dekabrın 20-də Elmi Şuranın növbəti iclası keçirildi. Rektor professor Elxan Hüseynov iclası açaraq şura üzvlərini salamladı. Rektor universitetimizin 55 illik yubileyi münasibətilə keçirilən təntənəli tədbirdən bəhs edərək qeyd etdi ki, Sumqayıt Dövlət Universitetinin əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirən Azərbaycan  Respublikası Prezidenti cənab İlham Əliyev noyabrın 2-də imzaladığı Sərəncamla  universitetin bir qrup əməkdaşını fəxri ada layiq gördü. Bu da kollektivimizə dövlət qayğısının böyük təzahürüdür. Bütün bunlar bir daha sübut edir ki, ölkəmizdə müəllim, alim əməyinə, elmə, tədrisə, təhsilə münasibət dövlətin  əsas prioritetlərindəndir. Möhtərəm prezidentimiz cənab İlham Əliyevə bir daha professor-müəllim, tələbə heyəti adından dərin minnətdarlığımızı bildiririk. Rektor həmçinin digər sevindirici xəbəri Şura üzvləri ilə bölüşərək qeyd etdi ki, ölkəmizdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə əlaqədar Dövlət Proqramının müvəffəqiyyətli və məqsədyönlü  yerinə yetirilməsini təmin etmək üçün  universitetimizdə 41 ixtisas üzrə bakalavr, 30 ixtisas və 51 ixtisaslaşma üzrə isə magistr hazırlığı yerinə yetirilir. Eyni zamanda 19 ixtisas üzrə fəlsəfə doktoru, 7 ixtisas üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün mütəxəssis hazırlığı həyata keçirilir. Bunları nəzərə alaraq Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Sumqayıt Dövlət Universitetində aşağıdakı ixtisaslar üzrə Dissertasiya Şuraları yaradılmışdır. 3337.01 – “İnformasiya ölçmə və idarəetmə sistemləri (sahələr üzrə)” (texnika). 3303.01 – “Kimya texnologiyası və mühəndisliyi” (kimya). Qeyd olunan ixtisaslar üzrə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiya işlərinin müdafiəsinin keçirilməsi təmin olunacaq. Bu da universitetimizin uğurlarındandır. Bu gün universitetimizin qarşıya qoyduğu məqsədə doğru inamla addımlaması, milli təhsil sisteminin inkişaf etməsi ölkə başçısının yüksək diqqət və qayğısının bariz nümunəsidir.Rektor kollektivə gələcək fəaliyyətində yeni - yeni uğurlar arzuladı. 
İclas gündəlikdəki məsələlər üzrə davam etdirildi. 
Tədris Metodiki Mərkəzin direktoru dosent  İsabal Qurbanov bakalavriat səviyyəsində 2017/2018-ci tədris ilinin payız imtahan sessiyasına hazırlığın,  Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov magistratura səviyyəsində 2017/2018-ci tədris ilinin payız imtahan sessiyasına hazırlığın vəziyyəti barədə məlumat verərək qeyd etdilər ki, imtahanların obyektiv, şəffaf keçirilməsi ilə bağlı hər cür şərait yaradılmış, eyni zamanda imtahan verəcək tələbələrin imtahan yazılarını vaxtında və obyektiv yoxlanılmasına ciddi nəzarət olunacaqdır. 
Fakültə Elmi Şuralarında magistrant, doktorant və dissertantların attestasiyasının nəticələri barədə dosent Sabir Xəlilov, 2017-ci ildə yerinə yetirilmiş Elmi-tədqiqat işlərinin hesabatı haqqında Elmi hissənin müdiri dosent Samir Orucov məlumat verdilər.
SDU-nun nümayəndə heyətinin, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayev, Beynəlxalq əməkdaşlıq şöbəsinin metodisti Samirə Məmmədova Türkiyənin Qazi Universitetində Azərbaycan Universitetlərində Tədris və Təlimin Təkmilləşdirilməsi  Erazmus + PETRA layihəsi çərçivəsində təşkil olunmuş təlimlərdə iştirakının nəticələri barədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov,  ERASMUS+LPEB, - “Rusiya, Çin və Azərbaycanda binaların enerji və ekoloji səmərəliliyi üzrə açıq və distant təhsil formatında peşəkar bakalavr hazırlığı”, - layihəsi çərçivəsində  Fransada keçirilən təlimlərdə iştirakı barədə Qiyabi,distant və əlavə təhsil üzrə prorektor dosent Qafar Atayev səfər təəssüratlarını şura üzvləri ilə bölüşdülər.
SDU-da Kollokviumların təşkili və keçirilməsi haqqında Əsasnamənin təsdiqi barədə TMM-in direktoru dos. İsabal Qurbanov ətraflı məlumat verdi.
Elektromexanika kafedrasının Azərişıq ASC-də filialının yaradılması və filialın fəaliyyətinin tənzimlənməsi üçün Əsasnamənin təsdiqi barədə Fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədova, tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi barədə elmi katib professor Muxtar Səmədov məlumat verdilər. 
Sonra 5 nəfər əməkdaşın uyğun kafedralar üzrə professor vəzifəsinə seçilməsi, 1 nəfər əməkdaşın isə dosent elmi adı almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsadət qaldırılması məsələsinə baxıldı.
Sonda rektor professor Elxan Hüseynov qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün Elmi Şura üzvlərinə öz tapşırıq və tövsiyələrini verdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az